UEFA ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğvi ilə bağlı FİFA-nın qərarını sərt tənqid edib.
QOL.az xəbər verir ki, UEFA bununla bağlı rəsmi bəyanat yayıb.
Qeyd edək ki, Baloqun DÇ-2026-nın 1/16 finalında Bosniya və Herseqovina ilə oyunda (2:0) qırmızı vərəqə almışdı. Lakin FİFA-nın İntizam Komitəsi futbolçunun avtomatik bir oyunluq cəzasını dayandıraraq onu 1 illik sınaq müddəti ilə əvəz edib. Bu qərar hücumçuya Belçikaya qarşı 1/8 final matçında oynamaq imkanı verib.
UEFA isə bunun qaydalara zidd olduğunu bildirib:
“Dünən diskvalifikasiyanın dayandırılması və onun 1 illik sınaq müddəti ilə əvəzlənməsi qırmızı xəttin keçilməsi oldu. Futbol, digər idman növləri kimi, ədalətli, açıq və şəffaf rəqabəti təmin edən qaydalara əsaslanır.
Bəzi hallarda qaydalar müxtəlif cür şərh oluna bilər. Ancaq bu vəziyyətdə yox. Qırmızı vərəqədən sonra minimum bir oyunluq avtomatik diskvalifikasiya müzakirə mövzusu deyil və onun qüvvəyə minməsi üçün ayrıca qərar tələb olunmur”.
UEFA bu addımı “presedentsiz və əsassız qərar” adlandırıb:
“Bu prinsip turnirin reqlamentində təsbit olunub və heç bir istisnaya yol vermir. Xüsusilə də turnirin gedişində, oxşar vəziyyətdə olan digər futbolçular cəzalarını çəkdiyi halda. Qaydalara əməl olunmasına cavabdeh olanlar onların dəyişməzliyini təmin etmədikdə, oyunun ədalətliliyi və turnirə olan etimad təhlükə altına düşür. Bu presedentsiz, anlaşılmaz və əsassız qərarla bağlı dərin təəccübümüzü ifadə edirik.”
Qeyd edək ki, ABŞ millisi 1/8 finalda Belçika ilə qarşılaşacaq. Daha əvvəl Belçika Futbol Assosiasiyasının da FİFA-nın qərarından apellyasiya şikayəti verməyi nəzərdən keçirdiyi bildirilmişdi.
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq