Norveç şahzadəsi Haalandla görüşdü

Norveç şahzadəsi Haalandla görüşdü
XƏBƏR 6 İyul 2026 / 13:16 1005
-  A +

Norveç şahzadəsi İnqrid Aleksandra DÇ-2026-nın 1/8 finalında Braziliyaya qalib gələn (2:1) milli komandanın paltardəyişmə otağına baş çəkib.

QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Taxt-taca növbəti varis olan şahzadə futbolçuları tarixi qələbə münasibətilə təbrik edib. O, yığmanın hücumçusu Erlinq Haalandla xüsusilə görüşüb.

Qeyd edək ki, Norveç millisinin heyətində Erlinq Haaland dublla yadda qalıb. Bu qələbə sayəsində skandinaviyalılar dünya çempionatının 1/4 finalına vəsiqə qazanıblar.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner