2025-2028-ci illəri əhatə edən Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə keçiriləcək "Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarışlara həsr olunmuş məlumatlandırma sessiyası təşkil edilib.
Bu barədə QOL.az-a Bakı Futbol Federasiyasından (BFF) məlumat veriib
Tədbirdə AFFA və BFF rəsmiləri, Bayıl stadionunun, komandaların nümayəndələri, məşqçiləri iştirak ediblər.
Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov çıxış edərək "Sabahın Ulduzları" Bakı Kubokunun futbolun inkişafı, gənc futbolçuların yarış təcrübəsinin artırılması və perspektivli istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, eyni zamanda bu yarışların 2026-cı ildə Azərbaycanda keçiriləcək U-15 Dünya çempionatı və festivalına bu yaş qrupu üzrə Milli komandanın formalaşdırılması üçün seleksiya xarakteri daşıyacağını vurğulayıb. “Sabahın Ulduzları” layihəsinin rəhbəri yarışların “CBC Sport” kanalında canlı yayımlanmasının yeniyetmə futbolçuların məsuliyyətini və ümumi marağı artıracağını bildirib, bütün oyunların BFF vasitəsilə sosial platformlarda göstəriləcəyini diqqətə çatdırıb.

Daha sonra AFFA-nın texniki direktorunun köməkçisi Ramiz Kərimov gənc futbolçuların inkişafında məşqçilərin rolundan, təlim-məşq prosesinin keyfiyyətinin artırılmasının vacibliyindən və yaş qruplarında futbolun inkişaf perspektivlərindən danışaraq U-15 Dünya çempionatına hazlığın əhəmiyyətini xüsusi qeyd edib.
AFFA Hakimlər Komitəsinin hakim-mütəxəssisi Orxan Məmmədov “Sabahın Ulduzları” yarışlarında oyunlara 4 hakimin cəlb ediləcəyini, ədalət təmsilçilərinin idarəçiliyinin hakim-inspektorlar tərəfindən qiymətləndiriləcəyini xüsusi qeyd edərək son illərdə belə yanaşmanın uşaq, yeniyetmə və gənclər futbolunda ilk dəfə olduğunu, AFFA Hakimlər Komitəsi və BFF tərəfindən oyunların nəzəri təhlilinin keçiriləcəyinə müsbət yanaşdığını bildirib.
AFFA Oyunların Təşkili Departamentinin nümayəndəsi, Könüllülər Proqramının koordinatoru və BFF-nin departament rəhbəri Fərid Nağdaliyev yarışın əsasnaməsi, formatı, oyunların təşkili, iştirakçıların hüquq və vəzifələri, eləcə də təşkilati məsələlərlə bağlı ətraflı təqdimat edib.
Bayıl stadionunun nümayəndəsi Paşa Məmmədov arenanın yenidən əsaslı təmiri ilə bağlı iştirakçıları məlumatlandırıb, “Sabahın Ulduzları” yarışlarının təşkilində əllərindən gələni əsirgəməyəcəklərini bildirib.
Tədbirin sonunda məşqçilər və klub nümayəndələrinin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Yarışın əsasnaməsi, təşkilati məsələlər və oyunların keçirilməsi ilə bağlı suallar AFFA və BFF rəsmiləri tərəfindən ətraflı cavablandırılıb.
Qeyd edək ki, "Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarış U-14 və U-15 yaş qrupları üzrə təşkil olunacaq. Hər yaş qrupunda 12 komanda iştirak edəcək və oyunlar avqust-sentyabr aylarında keçiriləcək.
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq