"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı

"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
DÜNYA FUTBOLU 3 İyul 2026 / 21:26 2417
-  A +

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni baş məşqçisini açıqlayıb.

QOL.az xəbər verir ki, komandanı Ange Postekoqlu çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Avstraliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

60 yaşlı məşqçi son olaraq İngiltərədə “Tottenhem”i çalışdırıb və daha sonra “Nottingem Forest”də qısa müddət fəaliyyət göstərib.

Qeyd edək ki, “Əl-Nəsr”in heyətində Kriştiano Ronaldo, Sadio Mane, Kinqsli Koman, Joao Fliks kimi ulduz futbolçular çıxış edir.


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

30.10.26  11:30

“Marafon”dan ilk

topaz banner