“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi

“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
ÖLKƏ FUTBOLU 3 İyul 2026 / 17:04 11488
-  A +

 “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın “Zalaeqerseq” klubundan transfer olunan müdafiəçi Bense Varkonyini rəsmən təqdim edib.

Bu barədə klubun saytı məlumat yayıb. 24 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalandığı bildirilib.

MTK klubunun yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.

Macarıstan mətbuatının xəbərinə görə, Varkonyinin transferi üçün “Qarabağ”ın “Zalaeqerseq”ə 1 milyon avro təzminat ödəyəcək.

Xatırladaq ki, “Qarabağ” bu yay Zakaria Savo (son klubu - "Aris" Kipr), Jali Muaddib (“Omoniya” Aradippou Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya) da heyətinə qatıb.

“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi

 
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
 
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
 
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
 
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
 
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
 
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
 
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
 
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
 

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
17.08.26  16:20

"Qarabağ"da şok itki

17.08.26  13:58

"İmişli"də ayrılıq

topaz banner