"Bavariya"dan 55 milyon avroluq transfer

"Bavariya"dan 55 milyon avroluq transfer
XƏBƏR 3 İyul 2026 / 16:30 550
-  A +

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, Münhen təmsilçisi "Ayntraxt"ın sol cinah müdafiəçisi Nataniel Braunu heyətinə qatıb.

23 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.

Daha əvvəl jurnalist Fabrizio Romano "Bavariya"nın bu transfer üçün 55 milyon avro ödəyəcəyini bildirmişdi.

Braun 2024-cü ilin yayından "Ayntraxt"ın formasını geyinirdi. O, ötən mövsüm bütün turnirlərdə 42 oyunda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Almaniyalı müdafiəçi həmçinin ölkəsinin milli komandasında 8 oyun keçirib.


Dünya Çempionatı 2026
Son xəbərlər
02.07.26  20:49

Daha 2 il "Sumqayıt"da

02.07.26  16:46

Van Qal istefa verdi

topaz banner