Mundialla vidalaşdı, milli karyerasını başa vurdu

Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
XƏBƏR 3 İyul 2026 / 10:56 709
-  A +

Əlcəzair millisinin kapitanı Riyad Mahrez yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

35 yaşlı vinger qərarını DÇ-2026-da Əlcəzair millisinin mübarizəni dayandırmasından sonra verib.

Mahrez 2014-cü ildən Əlcəzair yığmasının formasını geyinirdi. O, milli komandada keçirdiyi 119 oyunda 40 qol vurub, 45 məhsuldar ötürmə edib.

Təcrübəli futbolçu Əlcəzair millisinin heyətində 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi olub.

Qeyd edək ki, Əlcəzair DÇ-2026-nın 1/16 finalında İsveçrəyə 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
02.07.26  20:49

Daha 2 il "Sumqayıt"da

02.07.26  16:46

Van Qal istefa verdi

topaz banner