“Sumqayıt” Adil Şükürovu akademiya direktoru təyin etdi

“Sumqayıt” Adil Şükürovu akademiya direktoru təyin etdi
XƏBƏR 2 İyul 2026 / 11:18 1157
-  A +

“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə təyinat gerçəkləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Direktor vəzifəsi Adil Şükürova həvalə olunub.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” kimi klublarda baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib.


Qarabağ FK
Son xəbərlər
topaz banner