Uruqvay millisinin qapıçısı Fernando Muslera DÇ-2026-dakı uğursuz çıxışına görə azarkeşlərdən üzr istəyib.
QOL.az xəbər verir ki, onun açıqlamasını "TyC Sports" yayıb.
Təcrübəli qolkiper qrup mərhələsində buraxdığı kobud səhvlərin komandasının pley-offa yüksəlmək şansına mənfi təsir göstərdiyini etiraf edib. O bildirib ki, İspaniyaya 0:1 hesabı ilə uduzduqları son oyunda etdiyi səhvdən sonra baş məşqçi Marselo Byelsadan onu ikinci hissədə meydana buraxmamağı xahiş edib.
“Mən heç vaxt çətinliklərdən qaçmamışam, həmişə problemlərin üzünə dik baxmışam. Mənim üçün bütün Uruqvay xalqı ilə danışmağın ən səmimi yolu da budur. Bu qədər zəhmət və hazırlıqdan sonra idmanın mənə bu qədər məyusluq yaşadacağını heç təsəvvür etməzdim. Komanda yoldaşlarıma da paltardəyişmə otağında bunu dedim.
Bütün hazırlığıma baxmayaraq, dünya çempionatında layiqincə çıxış edə bilmədiyim üçün təəssüflənirəm. Komanda yoldaşlarımdan və bütün Uruqvay xalqından üzr istəyirəm. Ancaq başa düşürəm ki, bu sözlər kifayət deyil.
İndi mənə ən yaxın insanlarla birlikdə olmalı, gücümü bərpa etməli və yoluma davam etməliyəm. Çünki bu idman belədir: bəzən sənə çox şey verir, bəzən isə hər şeyi əlindən alır. Qarşılaşdıqlarımı qəbul etməli və məni gözləyən hər şeyə hazır olmalıyam”.b.
Qeyd edək ki, Uruqvay millisi H qrupunu 2 xalla 3-cü pillədə başa vuraraq dünya çempionatı ilə vidalaşıb. Komanda turnirdə Səudiyyə Ərəbistanı (1:1) və Kabo-Verde (2:2) ilə heç-heçə edib, İspaniyaya isə 0:1 hesabı ilə məğlub olub.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi