DÇ-2026-nın oyununda qadın baş hakim!

DÇ-2026-nın oyununda qadın baş hakim!
DÇ-2026 18 İyun 2026 / 08:34 2405
-  A +

DÇ-2026-nın Çexiya - Cənubi Afrika oyununun baş hakimi müəyyənləşib.

QOL.az xəbər verir ki, ESPN-in məlumatına görə, A qrupunun 2-ci turunun bu qarşılaşmasını ABŞ-dan olan Tori Penso idarə edəcək.

39 yaşlı referi bununla da kişilər arasında keçirilən dünya çempionatlarında matçı baş hakim kimi idarə edən ikinci qadın olacaq.

Çexiya - Cənubi Afrika görüşü iyunun 18-də ABŞ-ın Atlanta şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Dünya çempionatları tarixində ilk qadın baş hakim isə fransalı Stefani Frappar olub. O, DÇ-2022-nin qrup mərhələsində Almaniya - Kosta-Rika (4:2) oyununda ədaləti qoruyub.

Qeyd edək ki, Tori Pensonun təyinatı dünya çempionatları tarixində qadın hakimlərin iştirakının genişlənməsi baxımından növbəti mühüm addım hesab olunur.


Son xəbərlər
04.08.26  12:21

"İmişli"də ayrılıq

topaz banner