2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.
QOL.az xəbər verir ki, bu haqda klub açıqlama yayıb.
Mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı İspaniyanın “Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşıb.
Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, 5 nömrəli formanı geyinəcək.
Lanqanın son klubu İspaniya təmsilçisi “Almeriya” olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası “Eştrela”da keçirib. Lanqa karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” və İspaniyada “Almeriya” klublarının formasını geyinib.
Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Bruno Lanqa yay transfer pəncərəsində komandamızın dördüncü transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo və Samuel Lobato “Qarabağ”a qoşulub.


Qəbələdə 5 qol
Millidən gedir
Mendi qalır, ya gedir?
Uğursuzluğa görə baş məşqçini göndərdilər
Niderland Superkubokunu qazandılar
"Real"dan ayrılmaq karyeramda dərin iz buraxdı"
Mahirdən növbəti qol
"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi
"Qarabağ"da ciddi itki
"Qəbələ" Qətər klubuna qalib gəldi
"Yuventus" 18 yaşlı futbolçu ilə gücləndi
İbrahim Həsənov dünya çempionatını gümüş medalla başa vurdu
"Barselona"nın yoldaşlıq matçı ləğv edildi
Zidanın ilk ev oyununa bütün biletlər satıldı
“Sabah”ın rəqibi xal itirdi