Belçika və Albaniyada futbol mövsümləri başa çatması ilə Azərbaycanın təmsilçilərinin UEFA Konfrans Liqasının I və II təsnifat mərhələlərindəki son mümkün rəqibləri müəyyənləşib.
Məlum olduğu kimi, Premyer Liqanı 4-cü pillədə başa vuran “Neftçi” mübarizəyə I təsnifat mərhələsindən, bürünc medalçı “Turan Tovuz” isə II təsnifat mərhələsindən başlamalıdır. Lakin məlum olub ki, tovuzlular hələ 2019-cu ildə yeddi futbolçunun danışılmış oyunlarda iştirakına görə UEFA tərəfindən sanksiyaya məruz qalıblar. Hansı sanksiyaya? Və niyə bunu yalnız indi öyrənirik? Hələlik nə klubun, nə də AFFA-nın rəsmi açıqlaması var.
Həmçinin oxuyun: UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
Yalnız o məlumdur ki, AFFA və “Turan Tovuz”, həmçinin maraqlı tərəf kimi “Neftçi” və “Zirə” mümkün kənarlaşdırılma təhlükəsindən cəmi bir həftə əvvəl xəbər tutublar. Kifayət qədər qəribə vəziyyətdir. Hazırda Ehtiram Quliyevin klubu öz haqlı mövqeyini İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsində sübut etməyə çalışır.
Əgər “Turan Tovuz” kənarlaşdırılarsa, çempionatı 5-ci yerdə başa vuran “Zirə” Azərbaycanın avrokuboklardakı dördüncü təmsilçisi olacaq. Komanda mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Bu halda “Neftçi” də I mərhələ əvəzinə II təsnifat mərhələsindən start götürərək “Turan Tovuz”u əvəz edəcək.
I təsnifat mərhələsi
“Neftçi” (və ya “Zirə”) püşkatmada səpələnmişlər sırasında olacaq.
26 mümkün rəqib:
* “Velej” (Bosniya və Herseqovina)
* “Virtus” (San-Marino)
* “Liepaya” (Latviya)
* “İlves” (Finlandiya)
* “Santa Koloma” (Andorra)
* “Connah’s Quay Nomads” (Uels)
* “Bohemians” (İrlandiya)
* “Styarnan” (İslandiya)
* “Europa” (Cəbəllütariq)
* “İnter” (Finlandiya)
* “Malişeva” (Kosovo)
* “Yelimay” (Qazaxıstan)
* “Dinamo” (Tirana, Albaniya)
* “UNA Ştrassen” (Lüksemburq)
* “Hegelmann” (Litva)
* “Penibont” (Uels)
* NSİ Runavik (Farer adaları)
* “Sileks” (Şimali Makedoniya)
* “Mornar” (Monteneqro)
* “Qlentoran” (Şimali İrlandiya)
* “Marsaşlokk” (Malta)
* “Nomme Kalyu” (Estoniya)
* “Elbasani” (Albaniya)
* “Karnarvon Taun” (Uels)
* “Mondorf-le-Ben” (Lüksemburq)
* “Petrovats” (Monteneqro)
I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün isə II təsnifat mərhələsinin püşkatması keçiriləcək. “Neftçi”, “Turan Tovuz” (və ya “Zirə”) burada səpələnməmişlər sırasında yer alacaq.
II təsnifat mərhələsi
41 mümkün rəqib:
* “Braqa” (Portuqaliya)
* “Ayaks” (Niderland)
* “Kopenhagen” (Danimarka)
* “Gent” (Belçika)
* “Rapid” (Avstriya)
* “Panatinaikos” (Yunanıstan)
* “Ludoqorets” (Bolqarıstan)
* FCSB (Rumıniya)
* “Rakuv” (Polşa)
* “Partizan” (Serbiya)
* “Luqano” (İsveçrə)
* AEK (Kipr)
* “Başakşehir” (Türkiyə)
* “Riyeka” (Xorvatiya)
* ÇFR Kluj (Rumıniya)
* HİK (Finlandiya)
* “Zrinski” (Bosniya və Herseqovina)
* “Brann” (Norveç)
* “Spartak” (Slovakiya)
* “Hradets Kralove” (Çexiya)
* “Austriya” (Avstriya)
* “Katovitse” (Polşa)
* “Vaduts” (Lixtenşteyn)
* “Nordsyelland” (Danimarka)
* “Tobol” (Qazaxıstan)
* “Apollon” (Kipr)
* “Hibernian” (Şotlandiya)
* HB Torşavn (Farer adaları)
* “Sion” (İsveçrə)
Həmçinin aşağıdakı klubların iştirak etdiyi I təsnifat mərhələsi cütlüklərinin qalibləri:
* RFS (Latviya)
* “Astana” (Qazaxıstan)
* “Jalgiris” (Litva)
* “Şkendiya” (Şimali Makedoniya)
* “Balkani” (Kosovo)
* “Linfild” (Şimali İrlandiya)
* “Hamrun Spartans” (Malta)
* “Milsami” (Moldova)
* “Levadia” (Estoniya)
* “Paide” (Estoniya)
* “Differdanj 03” (Lüksemburq)
* “Dinamo” (Minsk, Belarus)
I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da, II təsnifat mərhələsinin görüşləri isə iyulun 23-ü və 30-da keçiriləcək.
Mənbə: haqqin.az
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
Arda Gülerin möhtəşəm qolu, Türkiyənin məğlubiyyəti - Video
ÇL-də 9 qolla uduzan komandanın baş məşqçisi göndərildi
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi - Video
“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşdi
Fransa İtaliyaya uduzdu, İspaniyadan qələbə
Azərbaycan Avropa çempionatını üç medalla başa vurdu
Türkiyə Belçikaya məğlub oldu
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Sneyder bu kluba baş məşqçi təyin olundu