"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 30-cu turunda "Zirə"yə məğlub olduqları matç (0:1) haqda danışıb.
QOL.az xəbər verir ki, baş məşqçi rəqibi təbrik edərək komandasının matça yaxşı hazırlaşdığını və buraxılan bəsit qol səbəbindən məğlub olduqlarını vurğulayıb:
"İlk növbədə "Zirə"ni qələbə münasibətilə təbrik edirəm. Rəşad Sadıqov artıq uzun müddətdir ki, bu komandadadır və yaxşı kollektiv formalaşdıra bilib. Biz bu matça çox ciddi hazırlaşmışdıq. Meydanda qol epizodları yaratsaq da, son nöqtəni tamamlamaqda böyük çətinlik çəkdik. Ümumiyyətlə, hücumların tamamlanması məsələsi hazırda bizim üçün əsas problem olaraq qalır. Bununla yanaşı, bu oyunda qapımızda çox bəsit qol gördük. O qola qədər rəqibin demək olar ki, təhlükəli epizodu yox idi. Bizi dəstəkləmək üçün stadiona çoxlu sayda azarkeşimiz gəlmişdi. Çox təəssüf edirəm ki, onları sevindirə bilmədik".
Mütəxəssis hücum xəttindəki "son nöqtə" probleminin futbolçuların fərdi keyfiyyətləri, yoxsa başqa səbəblərlə əlaqədar olması barədə suala belə aydınlıq gətirib:
"Hesab edirəm ki, bu problem birinci növbədə psixoloji amillərdən irəli gəlir. Təbii ki, futbolçuların texniki hazırlığı da burada mühüm rol oynayır. Bu iki vacib amilin vəhdəti isə ümumilikdə oyunçunun fərdi keyfiyyət göstəricisidir. Meydanda özünəinamlı olmaq son dərəcə vacibdir".
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı