"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 30-cu turunda "İmişli"yə məğlub olduqları matç (0:1) haqda danışıb.
QOL.az xəbər verir ki, baş məşqçi rəqibin daha istəkli olduğunu vurğulayaraq komandasının məğlubiyyətini futbolçularında əzmkarlığın çatışmaması ilə əlaqələndirib:
"İlk olaraq onu deyim ki, "İmişli" qələbəyə bizdən daha çox istəkli idi. Futbolu qələbəyə "ac" olan futbolçular oynamalıdır. Meydanda istəksiz oynamaq olmaz, oyunçu daim əzmkar olmalıdır. Bu gün meydanda üstün olduğumuzu iddia edə bilmərəm. Futbolda belədir, oyunun alınmasa belə, sona qədər döyüşməlisən. Bu məqam yekun nəticədə böyük rol oynadı və "İmişli" məhz bu istəyinə görə qələbə qazandı".
Mütəxəssis futbolçularında istəyin olmamasının səbəbini onların qələbəyə "ac" olmamaları ilə izah edib:
"Səbəb odur ki, onlar qələbəyə "ac" deyillər. Futbolu yalnız qalib gəlmək istəyən oyunçular oynamalıdır".
Baş məşqçi gələcək taleyi və növbəti mövsümdə komandada qalacağı təqdirdə heyətdə edəcəyi ehtimal olunan dəyişikliklərlə bağlı suala isə belə aydınlıq gətirib:
"Hazırda bu yöndə danışıqlar aparılmır. Növbəti mövsümlə bağlı hələlik dəqiq nəsə deyə bilmərəm, çünki komandadakı taleyimin necə olacağını hələ bilmirəm".
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı