"Hazırda "Qarabağ"la fərqli səviyyələrdəyik və bu səviyyəyə çatmaq asan məsələ deyil. Bunun üçün hər gün dayanmadan çalışmaq lazımdır. Futbolçularımız bu reallığı dərk edib ona uyğun davranmalıdırlar. Anlamaq lazımdır ki, belə güclü rəqibə qarşı oynamaq üçün sadəcə motivasiya kifayət etmir".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin köməkçi məşqçisi Vitali Vernidub Misli Premyer Liqasının 29-cu turunda "Qarabağ"a 1:5 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis rəqibin Pedro Bikalyo, Marko Yankoviç, Joni Montiel kimi topla yaxşı davranan futbolçular ilə mübarizədə "Neftçi"də isə sadəcə Metyu İfenayinin orta xəttdə tək mübarizə aparması, həmçinin yaranan boşluqlar barədə ünvanlanan sualı belə cavablayıb:
"Əlbəttə, "Qarabağ"la oyuna ciddi hazırlaşmış və onları dərindən təhlil etmişdik. Adlarını çəkdiyiniz oyunçular Çempionlar Liqası təcrübəsinə malikdirlər və yüksək səviyyələrini daim nümayiş etdirirlər. Belə olan halda, həm futbolçularımız, həm də biz məşqçilər özümüzə sual verməliyik ki, doğrudanmı bundan daha yaxşı oynaya və taktiki gedişlərimizi təkmilləşdirə bilməzdik? Bir daha vurğulayıram ki, hər kəs vəziyyəti düzgün qiymətləndirməlidir. Hər bir oyunçu öz ambisiyasını "Neftçi"dən aşağı saxlamalıdır. Çünki hər şeydən əvvəl "Neftçi"idir. Öz xarakterini, incikliyini unutmaq lazımdır".
Vitali Vernidub rəqibin hücumçusu Musa Qurbanlının start heyətində yer alması və müdafiə xəttinin onun qarşısını ala bilməməsi ilə bağlı suala aydınlıq gətirərək azarkeşlərdən üzr istəyib:
"Buna cavab vermək bir qədər çətindir, çünki matça tam hazır idik. Lakin rəqib hücumçu öz mövqeyində üstün oyun nümayiş etdirərək müdafiə xəttimizi yara bildi. Bugünkü qarşılaşmanı dərindən təhlil edib düzgün nəticə çıxarmalıyıq. Tablodakı 1:5 hesabı reallıqdır və biz məsuliyyətimizi dərk edirik. Bu ağır məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm".
Məşqçi 4 gün sonra keçiriləcək növbəti matçda oxşar nəticənin təkrarlanmaması üçün taktikada və heyətdə dəyişikliklər edəcəklərini vurğulayıb:
"Növbəti matçda fərqli nəticə qazanacağımıza ümid edirəm. Bunun üçün həm oyun planımızda, həm də start heyətində müəyyən dəyişikliklər edəcəyik".
Sonda mütəxəssis ağır məğlubiyyətin komandaya psixoloji təsirindən bəhs edərək vəziyyətdən çıxış yolunu göstərib:
"Sözsüz ki, belə ağır hesablı məğlubiyyətin komandaya mənfi psixoloji təsiri olacaq. Bunu inkar etmək mümkün deyil. Lakin peşəkar futbolçular məhz belə anlarda ayağa qalxmağı bacarmalıdırlar. Oyunu yenidən analiz edərək müsbət məqamları inkişaf etdirməli, səhvləri isə aradan qaldırmalıyıq. Düzdür, bu matçda müsbət məqamlar çox az idi, amma yenə də var idi".
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər