"Mətbuatda bir neçə dəfə yazılar gedib. Bu, həm mənə, həm "Sumqayıt"a qarşı haqsızlıqdır. Mənimlə komanda arasında heç bir münaqişə yoxdur. Belə davam edərsə, növbəti dəfə mətbuat konfransında iştirak etməyəcəm. Oyuna gəldikdə, çətin oldu. Çalışdıq və 3 xal qazandıq. Ən vacibi də budur".
QOL.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 29-cu turunda "İmişli"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Baş məşqçi komandanın kapitanı Səbuhi Abdullazadənin oyunu və əvəzlənməsi barədə fikirlərini bölüşüb:
"Səbuhiyə böyük hörmətim var. Onu bəyənmirəm, deməzdim. Sadəcə oyununu dəyişməlidir. Əvəzlənməyi normaldır. Səbuhinin böyük potensialı var, millinin vacib oyunçularındandır".
Mütəxəssis ikinci hissədə yaranan çoxsaylı qol epizodlarını rəqibin boşluqları ilə əlaqələndirib:
"Qeyri-adi heç nə etmədik. İlk hissədə qol vurmuşduq. İkinci hissədə rəqib irəli çıxırdı və boşluqlar yaradırdı".
Saşa İliç gələcək planları və klubun yeni strategiyası barədə verilən sualı belə cavablandırıb:
"Rəhbərliklə danışdıq və bu mövsümün qalan hissəsində gənclərə şans verməyi seçdik. Bu strategiya ilə davam edəcəyik. Hazırda diqqətimiz qarşıdakı dörd oyundadır".
Təcrübəli mütəxəssis mətbuat konfranslarında iştirak etməmək xəbərdarlığına və jurnalistlərlə münasibətinə aydınlıq gətirib:
"Bəlkə, düzgün başa düşülmədi. Problemi izah etmək istəyirəm. Mənim, komandam barədə reallıqlar yazılsın. Dani ilə mübahisəmi yazan jurnalistə də deyin ki, həqiqətləri yazsın. Mənim işim, taktiki gedişlərim barədə yazıla bilər. Amma olmayan şeyləri demək doğru deyil".
Baş məşqçi avrokuboklar uğrunda mübarizədə itirilən xalların təsirini dəyərləndirib:
"Avrokuboklar uğrunda mübarizə aparırsansa, bu hədəfləri olan komandalarla oyunlarda xallar itirməmək vacibdir".
Yekunda Saşa İliç Nikola Ninkoviçin qaçırdığı penalti epizoduna toxunub:
"Futbolda belə hallar olur. Daha əvvəl Rüstəm Əhmədzadə də vura bilməmişdi. Ninkoviç bizim üçün vacib oyunçudur. Görək, növbəti penaltini kim vuracaq".(sportal.az)
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər