Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi

Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
XƏBƏR 21 Aprel 2026 / 10:06 423
-  A +

Luka Modriç Xorvatiya futbolunun tarixini yenidən yazmağa davam edir.

QOL.az xəbər verir ki, "Milan"ın təcrübəli yarımmüdafiəçisi yenə ölkəsində ilin ən yaxşı oyunçusu seçilib.

Bu, 40 yaşlı yarımmüdafiəçinin ardıcıl 10-cu mükafatıdır. Ümumilikdə isə Modriç karyerası ərzində 14 dəfə Xorvatiyanın ən yaxşısı adını qazanıb.

Luka Zaqreb "Dinamo"sunun yetirməsidir. "Real"dakı oyunu ilə tanınan futbolçu ötən yaydan bəri "Milan"da oynayır. Bu müddət ərzində futbolçu 32 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Daha çox


Son xəbərlər
topaz banner