"Barselona" klubu Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko"ya qarşı keçirilən cavab matçındakı (1:2) hakim idarəçiliyi ilə bağlı UEFA-ya şikayət ünvanladığını açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.
Klubun yaydığı rəsmi bəyanatda hər iki matçda ciddi hakim səhvlərinə yol verildiyi vurğulanır:
"Hər iki matçda oyun qaydalarına zidd olan bir neçə hakim qərarı verilib. Bu, qaydaların düzgün tətbiq edilməməsinin və açıq-aşkar əhəmiyyətli epizodlarda VAR sisteminin prosesə lazımi səviyyədə müdaxilə etməməsinin nəticəsidir. Klub hesab edir ki, bu səhvlərin çoxluğu görüşlərin gedişatına və yekun nəticəyə birbaşa təsir edərək kluba böyük zərər vurub. Klub bu şikayətində daha əvvəl UEFA-ya göndərdiyi sorğuları təkrarlayır və eyni zamanda oyun qaydalarının daha dəqiq, ədalətli və şəffaf tətbiqini təmin etmək üçün hakimlik sisteminin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq təklif edir".
Xatırladaq ki, klub aprelin 9-da "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatan ilk görüşdəki hakimlərin işindən də qitə futbol qurumuna şikayət edib.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı