Azərbaycanın 16 yaşlı kartinq sürücüsü Davin Cəfərov beynəlxalq arenada sabit performansını və yüksək rəqabət qabiliyyətini bir daha nümayiş etdirib.
QOL.az xəbər verir ki, Formula 4 üzrə uğurla keçdiyi iki test sessiyasından sonra o, yarış ritmini qorumaq və formasını yüksək səviyyədə saxlamaq məqsədilə Portuqaliyada, KIRO – Karting International West Region trekində keçirilən TAG Livre Portuguese Trophy yarışında iştirak edib.
Yarışda Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan pilotlar mübarizə apararıblar və Davin Cəfərov yüksək səviyyəli çıxış sərgiləyib.
Yarış həftəsonu gərgin mübarizə ilə yadda qalıb, ümumilikdə 8 qəza qeydə alınıb. Buna baxmayaraq, Davin Cəfərov hər üç yarışı səhvsiz və qəzasız başa vurub və 1-ci yeri tutub.
Davin Cəfərov yalnız trekdə deyil, trekdən kənarda da Azərbaycanı qürurla təmsil etməyə davam edir. Onun artıq tanınan “44 qələbə jesti” bu dəfə də digər pilotların və komanda üzvlərinin diqqətini cəlb edib. Davin Cəfərov bildirib ki, bu jest Azərbaycanın 44 günlük Zəfərinə həsr olunub və dözümlülüyün, qətiyyətin, eləcə də milli qürurun rəmzidir.
Bununla yanaşı, sponsorluq məsələlərinin hələ də tam həllini tapmaması səbəbindən azərbaycanlı pilotun cari ildə Formula 4-də rəsmi debütü ilə bağlı qeyri-müəyyənlik davam edir.

“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov