"Real"ın baş məşqçisi Alvaro Arbeloa ilə müdafiəçi Raul Asensio arasında münaqişə yaranıb.
QOL.az "AS" nəşrinə istinadən xəbər verir ki, martın 11-də Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" ilə ilk oyununda Asensio start heyətində yer almadığını öyrəndikdən sonra onların arasında narazılıq yaranıb.
Asensio güclü rəqibə qarşı oyunda start heyətdə yer almağa layiq olduğunu bildirib.
Mənbənin məlumatına görə, ispan futbolçu şəxsən Arbeloaya narazılığını bildirib və məşqçi bunu intizamsızlıq kimi qəbul edib. Söhbət zamanı 23 yaşlı müdafiəçi digər oyunçuların yoxluğu səbəbindən bir neçə dəfə zədəli formada oynadığını da qeyd edib.
Asensionun daha sonra baş məşqçisindən üzr istədiyi, lakin yenə oyun şansı qazanmadığı vurğulanır. "Real"ın yetirməsi olan futbolçunun klubdakı gələcəyi hazırda qeyri-müəyyəndir.
Qeyd edək ki, Raul Asensio bu mövsüm "Real"da bütün turnirlərdə 30 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.
Səfərdə 700-cü qol
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır
Anatoli Nuriyevin komandası xal itirdi
Çempionlar Liqası matçını buraxacaqlar
"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
"Kəpəz" - "Zirə" matçından - Video
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
“Barselona”nın hazırlıq planı pozuldu
“Borussiya”nın futbolçusu sıradan çıxdı
"İmişli" "Turan Tovuz"u belə məğlub etdi - Video
AFFA Region Liqasının püşkü atıldı
2-ci liqada 8-ci tura start verildi
“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev
“Kəpəz” - “Zirə” matçının heyətləri açıqlandı
“Napoli”də 20 ilin antirekordu
Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal
Misli Premyer Liqasında 12 oyunun saatı açıqlandı
Messi həmin Messidir - Video
"İmişli" - "Turan Tovuz": Heyətlər
“Barselona”ya fırtına əngəli