"Qəbələ" braziliyalı hücumçu transfer etdi

"Qəbələ" braziliyalı hücumçu transfer etdi
PREMYER LİQA 17 İyun 2011 / 23:39 4278
-  A +

"Qəbələ" klubu Xorvatiyanın "Lokomotiv" klubunun braziliyalı futbolçusu Dodonu transfer edib. Bu barədə Qol.Az-a Azərbaycan klubunun baş meneceri Zaur Əzizov məlumat verib. 

Onun sözlərinə görə, 24 yaşlı Dodo hücumçu və hücumaylli yarımmüdafiəçi amplualarında çıxış edə bilir. Yeni transfer sabah İstanbuldakı "Acıbadem" klinikasında tibbi müayinədən keçdikdən sonra 3 illik rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, tam adı Luis Paulo İlario Dodo olan braziliyalı oyunçu 2009-cu ildən Xorvatiya çempionatında çıxış edir. O, "İnter" (Zapreşiç) və "Dinamo" (Zaqreb) komandalarının da şərəfini qoruyub. Dodo ötən mövsümü Zaqreb "Lokomotiv"ində keçirib.

Son xəbərlər