“Flamenqo” Filipe Luisi istefaya göndərdi

“Flamenqo” Filipe Luisi istefaya göndərdi
XƏBƏR 3 Mart 2026 / 11:29 1364
-  A +

Braziliyanın “Flamenqo” klubu baş məşqçisi Filipe Luis ilə yolları ayırıb.

QOL.az-ın “Globo” nəşrinə istinadən yaydığı məlumata görə, məşqçinin istefası ilə bağlı qərar Karioka Liqasında “Madureyra”ya qarşı matçın start fitindən əvvəl qəbul olunub. 

Həmin görüşdə “Flamenqo” 8:0 hesablı qələbə qazanıb. Matçdan sonra isə Felipe Luisin istefası rəsmiləşdirilib.

Qeyd edək ki, braziliyalı mütəxəssis  2024-cü ildən “Flamenqo”nu çalışdırır. A seriyası təmsilçisi Filipe Luisin rəhbərliyi altında Libertadores Kubokunu, Braziliya Kubokunu və Superkubokunu qazanıb.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner