"Fənərbaxça" müdafiə xəttini kolumbiyalı futbolçu ilə gücləndirmək üçün hərəkətə keçib.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub gələn mövsüm İtaliyanın A Seriyası təmsilçisi "Bolonya"da çıxış edən Con Lukumini heyətinə qatmağı planlaşdırır. Məlumata görə, 27 yaşlı futbolçunu transfer siyahısının ilk pilləsinə əlavə edən "sarı-lacivərdlilər" tezliklə rəsmi danışıqlara başlayacaq.
Qeyd edək ki, təcrübəli müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 matçda meydana çıxıb və 1 qolla yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Xatırladaq ki, "Fənərbaxça" yay transfer pəncərəsində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan bir illik icarəyə götürdüyü və klub tarixinə ilk kolumbiyalı futbolçu kimi düşən Con Duranla qışda gözlənilmədən yollarını ayırıb.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov