"Liverpul", "Arsenal" və "Mançester Siti" "Nyukasl"ın cinah oyunçusu Entoni Qordona ciddi maraq göstərirlər.
QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlmat yayıbb.
Hazırda "mersisaydlılar" 24 yaşlı cinah oyunçusu uğrunda mübarizədə liderlik edirlər. "Sağsağanlar" isə Qordonun getməsini istəmirlər. Klub yalnız böyük məbləğdə təklif gələcəyi təqdirdə onu buraxmağa hazırdır. "Nyukasl" Entoni üçün 109 milyon avroluq təklif gözləyir.
Bu məbləği isə hələlik yalnız "Liverpul" ödəməyə razıdır. Ona görə də "mersisaydlılar"ın Qordonu transfer etmək şansı "Arsenal" və "Mançester Siti"dən çoxdur.
Qordon 2023-cü ilin yanvar ayından bəri "Nyukasl"da oynayır. Bu mövsüm hücumçu bütün yarışlarda 34 oyunda meydana çıxıb, 10 qol vurub və beş məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Nyukasl" "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibidir. Bu komandalar arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır