Çempionlar Liqasının liqa mərhələsinin son turunda "Nyukasl"ı qəbul edəcək PSJ-nin heyəti açıqlanıb.
QOL.az xəbər verir ki, baş məşqçi Luis Enrike həlledici qarşılaşma üçün 20 futbolçunun adını iştirak ərizəsinə daxil edib. Lakin Paris təmsilçisində problemlər hələ də tam aradan qalxmayıb.
Komandanın aparıcı fiqurlarından olan Fabian Ruiz siyahıdan kənarda qalıb. Ötən həftə "Sportinq"lə matçda dizindən zədələnən ispaniyalı yarımmüdafiəçi məşqlərə başlasa da, məşqçilər korpusu riskə getməmək qərarına gəlib.
Bərpa prosesində olan Li Kanq-İn və Kventin Ndjantı, eləcə də yeni transfer Dro Fernandes də oyunu buraxacaqlar. Üçüncü qapıçı Renato Marin isə gözlənilmədən siyahıya salınmayıb və onu Martin Ceyms əvəzləyib.
Bununla yanaşı, PSJ üçün sevindirici xəbərlər də var. Lukas Ernandes cəzasını başa vuraraq komandaya qayıdıb. Ən vacibi isə zədələrini arxada qoyan Əşrəf Hakimi, Nuno Mendes və Joao Neves yenidən sıraya dönüblər. Sol əlini sındıran qapıçı Matvey Safonov da artıq tam sağalıb və heyətdə yer alıb.
Qeyd edək ki, qarşılaşma 29 yanvar Bakı vaxtı ilə 00:00-da baş tutacaq.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər