Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə də 9 matç keçirilib.
Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Almaniya "Ayntraxt"ını qəbul edib və 3:2 hesablı qələbə qazanıb.
Türkiyə "Qalatasaray"ı İstanbulda "Atletiko"nu sınağa çəkib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. "Çelsi" "Pafos"a, "Bavariya" "Yunion"a, "Yuventus" "Benfika"ya qalib gəlib. "Qarabağ"ın son - 8-ci turdakı rəqibi "Liverpul" isə "Marsel"in qonağı olub və böyükhesablı qələbə qazanıb - 3:0.
Qeyd edək ki, reqlamentə əsasən, turnirdə 1-8-ci yerləri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcəklər. Ötən gecə "Arsenal" 1/8 finala vəsiqəni rəsmiləşdirən ilk komanda olmağı bacarıb. "Vilyarreal" və "Kayrat"ın isə ÇL-lə vidalaşacağı dəqiqləşib.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 7-ci tur
21 yanvar
21:45. “Qarabağ” (Azərbaycan) – “Ayntraxt " (Almaniya) - 3:2
Qol: Kamilo Duran, 4 (1:0), Can Uzun, 11 (1:1), Şaybi, 78-pen. (1:2), Kamilo Duran, 80 (2:2), Bəhlul Mustafazadə, 90+4 (3:2)
21:45. “Qalatasaray” (Türkiyə) – “Atletiko” (İspaniya) - 1:1
Qollar: Lyorente, 20-avtoqol – C.Simeone, 4.
00:00. “Atalanta” (İtaliya) – “Atletik” (İspaniya) - 2:3
Qollar: Skamakka, 16. Krstoviç, 88 – Quruseta, 58. Serrano, 70. Navarro, 74.
00:00. “Çelsi” (İngiltərə) – “Pafos” (Kipr) - 1:0
Qol: Kaysedo, 78.
00:00. “Bavariya” (Almaniya) – “Yunion" (Belçika) - 2:0
Qollar: H.Keyn, 52; 55-pen.
00:00. “Yuventus” (İtaliya) – “Benfika” (Portuqaliya) - 2:0
Qollar: K.Türam, 55. Makkenni, 64.
00:00. “Nyukasl” (İngiltərə) – “PSV” (Niderland) - 3:0
Qollar: Vissa, 8. Qordon, 30. Barnes, 65.
00:00. “Marsel” (Fransa) – “Liverpul” (İngiltərə) - 0:3
Qollar: Soboslai, 45+1. Rulyi, 72-öz qapısına. Qakpo, 90+3.
00:00. “Slaviya Praqa” (Çexiya) – “Barselona” (İspaniya) - 2:4
Qollar: Kusey, 10. Levandovski, 44-avtoqol – Fermin, 34; 42. Olmo, 63. Levandovski, 71.
20 yanvar
"Kayrat" (Qazaxıstan) - "Brügge" (Belçika) - 1:4
"Bodo Qlimt" (Norveç) - "Mançester Siti" (İngiltərə) - 3:1
"Kopenhagen" (Danimarka) - "Napoli" (İtaliya) - 1:1
"İnter" (İtaliya) - "Arsenal" (İngiltərə) - 1:3
"Olimpiakos" (Yunanıstan) - "Bayer" (Almaniya) - 2:0
"Real" (İspaniya) - "Monako" (Fransa) - 6:1
"Sportinq" (Portuqaliya) - PSJ (Fransa) - 2:1
"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0
"Vilyarreal" (İspaniya) - "Ayaks" (Niderland) - 1:2

"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı