Almaniyanın "Leyptsiq" klubu təcrübəli yarımmüdafiəçisi Kevin Kamplla yollarını ayırmağa qərar verib.
QOL.az xəbər verir ki, klubun yaydığı məlumata əsasən, bu qərar 35 yaşlı futbolçunun şəxsi müraciəti ilə verilib. Bildirilir ki, Kamplın belə bir addım atmasına ailəsində baş verən hadisələr səbəb olub. Oktyabr ayında qardaşını itirən və hazırda atası ağır xəstəlikdən əziyyət çəkən futbolçu karyerasına ara verərək vaxtını ailəsi ilə keçirmək istəyir.
Klub rəhbərliyi sloveniyalı oyunçunun ailəsində yaranmış çətin vəziyyəti nəzərə alaraq onun müqaviləyə xitam verilməsi barədə xahişini anlayışla qarşılayıb. Razılaşmaya əsasən, sözləşmə 2026-cı il yanvarın 31-dən etibarən qüvvədən düşmüş sayılacaq.
"Leyptsiq" rəhbərliyi kluba verdiyi töhfələrə görə Kampla xüsusi vida mərasimi təşkil edəcək. Bu mərasim yanvarın 17-də Bundesliqa çərçivəsində "Bavariya" ilə keçiriləcək oyun zamanı baş tutacaq.
Qeyd edək ki, Kevin Kampl 2017-ci ilin yayından klubun şərəfini qoruyur. O, klubda keçirdiyi 9 ilə yaxın zaman ərzində 283 rəsmi oyuna çıxıb, 10 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı