“Neftçi” baş məşqçi Samir Abasovu istefaya göndərib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu gün “Neftçi” rəhbərliyi və baş məşqçi Samir Abasovun iştirakı ilə görüş keçirilib. Görüşdə komandanın cari mövsümdəki çıxışı müzakirə edilib. Bildirilib ki, Samir Abasova ötən ilin oktyabrında müqavilə bağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstək göstərilib, o cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda ona tam səlahiyyət verilib. Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub, o cümlədən komandanı tərk edən oyunçularla bağlı bütün qərarları baş məşqçi verib.
Müqavilə bağlanarkən Samir Abasovun qarşısına hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub.
Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxş deyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xətlə gedəcəyi, noyabr ayında futbolçuların formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib. 12 oyunda qazanılan cəmi 3 qələbə arzuolunan sayılmayıb, “İmişli” ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub.
Samir Abasovun “Neftçi”də həm oyunçu, həm də məşqçi kimi xidmətlərini, həmçinin bumövsümkü fəaliyyətində göstərdiyi çalışqanlığı nəzərə alaraq, peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edilib.
Məlumatda qeyd edilib ki, öz növbəsində Samir Abasov gətirilən arqumentlərlə razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırkı uğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonunda komandanın ilk 3-lüyə düşəcəyini söyləyib. İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir.
"Qeyd olunanları nəzərə alaraq, “Neftçi” PFK Samir Abasovu istefaya göndərib. Klubda çalışdığı müddətdə yüksək əzmkarlıq göstərmiş və iş etikasına sadiq qalmış Samir Abasova xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.
Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı “Turan Tovuz”la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq Sənan Qurbanova həvalə edilib" - deyə məlumatda bildirilib.
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer