"Dinamik və sürətli qarşılaşma oldu. Geridə qalan 12 turda sərgilədiyi oyunla "Qəbələ" təqdirə layiqdir. Səhv etmirəmsə, onlar çempionatda ən çox qol epizodu yaradan və topla oynamağı sevən komandalardan biridir. Bu gün öz futbolumuzu oynamağa çalışdıq. İlk hissədə bu, bizdə daha yaxşı alındı. Qol vurduq və rəqibə şans vermədik. Onların oturuşmuş kombinasiyalarını zərərsizləşdirə bildik. Lakin belə əzmkar rəqibə qarşı 70-ci dəqiqədən sonra ikinci qolu vura bilmirsənsə, oyunun sonluğu ağır keçir. Bu gün də belə oldu. Sonda çoxlu cərimə zərbələrinə yol verdik və təhlükəli epizodlar əsasən standart vəziyyətlərdən yarandı. Buna baxmayaraq, oyun planında rəqibi dayandıra bildik. Futbolçularımı təbrik edirəm. Bu matç çempionatımızın səviyyəsini və rəqabətin gərginliyini bir daha sübut etdi. Heç kim asanlıqla təslim olmur, nəticəni son dəqiqələrə qədər proqnozlaşdırmaq çətindir. Biz bu rəqabətə davam gətirməyə çalışacağıq. Artıq diqqətimizi "Kəpəz"lə oyuna yönəldəcəyik".
QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turunun “Qəbələ” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında bildirib.
- Birinci hissədə 2 penalti təyin edildi, onların heç birini də baş hakimlər görmədi. Yalnız VAR-ın müdaxiləsindən sonra penaltilər verildi. VAR olmasaydı, necə olacaqdı?
- Bilirsiz, VAR sisteminin olması baş hakimə əlavə rahatlıq verir, çünki o, sığortalandığını bilir. Bəlkə də VAR olmasaydı, qərarları birbaşa öz üzərinə götürərdi. Hər iki penalti epizodu kifayət qədər mürəkkəb idi və onları görmək çətin idi. Düzdür, xırda qayda pozuntuları çox oldu, amma Elvin bəy gəncdir və Premyer Liqada yeni təcrübə toplayır. Biz də oyun boyu çalışdıq ki, dəstək olaq, çox təzyiq göstərməyək. Oyunun nəticəsinə təsir edən səhvə yol vermədi.
- "Qəbələ"nin istifadə edə bilmədiyi penalti oyunun qırılma nöqtəsi idi?
- Oyunun gedişatı göstərdi ki, həmin epizod həlledici məqam ola bilərdi. Əgər qol buraxsaydıq, oyunun ssenarisi dəyişər və ikinci hissədə tamamilə fərqli mənzərə yaranardı. Biz qol vurduğumuz üçün fasilədən sonra nəticəni qorumaq gərginliyi var idi. Əksinə olsaydı, daha böyük qüvvə ilə irəli atılacaqdıq. Lakin 30-cu dəqiqədə qaçırılan penaltini tam mənasıyla "qırılma nöqtəsi" adlandırmazdım. Bu epizod son dəqiqələrə təsadüf etsəydi, bəli, həlledici sayılardı. Rəqibə gəlincə, Kaxaber Tsxadadzenin formalaşdırdığı "Qəbələ"ni və oynatdığı futbolu heyranlıqla izləyirəm
- "Kəpəz"lə qarşılaşacaqsınız, daha sonra ölkə kubokunda rəqibiniz "Neftçi"dir. Bunu nəzərə alıb, "Kəpəz"lə oyunda heyətdə rotasiya etmək fikriniz var?
- Xeyr, bizi ilk növbədə "Kəpəz"lə oyun maraqlandırır. Bizi Yevlaxda qəbul edəcəklər. Açığı, bu mövsüm məyusedici məqamlar çoxdur. Çox istəyərdim ki, fərqli olsun. Bilmirəm zərurətdən, ya məcburiyyətdən irəli gəlir. "Turan Tovuz" bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi 2 dəfə Tovuzda qəbul edəcək. "İmişli" bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul etdi. "Kəpəz" Qəbələdə oynadı, fərqli ab-havada, azarkeşlərindən uzaq yerdə. İndi isə Yevlaxda oynayacaqlar. Dünən özümüz də gördük ki, "Kəpəz" orada istəkli idi, necə aqressiv oynayırdı. Burada söhbət sırf "Kəpəz", "İmişli" və "Turan Tovuz"dan getmir. Sadəcə olaraq, deyirəm ki, qaydalar qoyub və elə riayət edək ki, qaydalar pozulmasın. Çünki bu, aşkar şəkildə rəqabətə təsir edir. Bir şey demirəm. Hansısa komanda zərurətdən stadionunu dəyişibsə, bütün rəqiblərini orada qəbul etsin. Üçüncü dövrədə isə dəyişərlər. Elə daha ədalətli olardı. Çox komanda "Kəpəz"lə Qəbələdə oynadı. Biz Yevlaxda oynamalıyıq. Gördük ki, "Kəpəz" Yevlaxda tam fərqlidir.
- "Kəpəz"ə qarşı görüş süni örtüklü meydançada olacaq axı..
- Biz sırf olaraq həmin görüşlə bağlı hansısa rotasiya planlaşdırmışıq. Bizdə əsas 11 nəfər oyunçu deyə bir şeyimiz yoxdu. Ola bilər ki, bu gün start heyətində meydana çıxan futbolçu qarşıdakı oyuna "onbirlik"də başlamasın. Ya da, fərqli. Bu da "Neftçi" ilə bağlı deyil. Biz bu dəqiqə "Neftçi" matçını düşünmürük. Vacib üç xal var qarşımızda. Çempionatın necə getdiyini görürsünüz. Bu çempionatda 7-ci olmaq kimisə təəccübləndirməyəcək. Bu bir reallıqdır. Ona görə də bütün fikrimizi ilk növbədə çempionata yönəldəcəyik. Qəribə məqam odur ki, kubokla bağlı ən çox fikir və irad bildirən mən idim ki, kuboku qazanmaq asandır. İndi ən çətin yol bizə düşüb. 1/8 finalda "Neftçi" ilə qarşılaşırıq, növbəti turda "Sumqayıt"la üz-üzə gələcəyik. İki ildir ki, eyni ssenarini yaşayırıq. Yarımfinalda "Turan Tovuz" - "Araz-Naxçıvan", finalda da "Sabah" - "Qarabağ" cütünün qalibi ilə qarşılaşacağıq. Təbii ki ehtimal olaraq deyirəm bunları. Digər komandalara hörmətsizlik olmasın. Ən çətin yoldur. Bizim üçün prioritet həmişə çempionat olub. Kubokda irəliləmək istəyirik. "Neftçi"nin nə dərəcədə iddialı olacağını bilirik. Biz seçmirik, seçmə periodu deyil. İlk növbədə fikrimizi "Kəpəz"lə oyuna yönəldəcəyik.(sportal.az)
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video
“Mançester Yunayted”dən çətin qələbə
“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə
Masazırda 2 qol, 2 qırmızı vərəqə - Video
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev