"Zirə"ni qələbə münasibəti ilə təbrik edirəm. Gözlədiyimiz kimi, yaxşı oyun oldu. Futbolçularım əllərindən gələni edib, maksimum mübarizə apardılar. Özünüz də görürsünüz, demək olar ki, hər matçda, məsələn, "Sumqayıt"la oyunda olduğu kimi, qapımıza penalti təyin olunmasına səbəb oluruq. Bu gün müdafiədə diqqətli oynamağa çalışsaq da, "Zirə" kimi təcrübəli rəqib qarşısında belə səhvlər bağışlanmır. Komandada təcrübə çatışmazlığı hiss olunur. Süleyman Damadayev çox çalışqan və mübarizdir, lakin bu səviyyədəki oyunlarda yol verilən kobud səhvlərdən çox ziyan çəkirik. "Zirə" müdafiədə çox yaxşı təşkilatlanıb, onlardan qol buraxdıqdan sonra vəziyyəti dəyişmək çətindir.
Standart vəziyyətlərimiz çox olsa da, həlledici zərbəni vuracaq, dəqiq ötürməni verəcək keyfiyyətli oyunçu çatışmazlığı səbəbindən təhlükəli epizodlar yarada bilmirik. Hazırda heç nəyi dəyişə bilmərik, qış fasiləsinə qədər mübarizə aparmalıyıq. Sonra isə heyəti mütləq gücləndirmək lazımdır. Fiziki olaraq da, bizə oyunçu çatmır. Söhbət keyfiyyətdən də getmir. Futbolçumuz azdır ki, kimisə meydana buraxaq. Azarkeşləri də başa düşürəm. Onlar öyrəşiblər ki, hər zaman "Qəbələ" avrokuboklarda, qrup mərhələsində mübarizə aparıb. İndi belə vəziyyətdəyik. Onları başa düşürəm, onlar da bizi başa düşməlidir ki, hazırda fərqli vəziyyətdir"
QOL.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 12-ci turunun “Zirə” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
- Komanda uduzsa da, mübarizə aparırsınız, komandada sistem görünür...
- Əməyimizi və komandanın fiziki durumunu düzgün qiymətləndirdiyiniz üçün çox sağ olun. Doğrudur, oyun ərzində əvəzləmələri az və gec edirik, lakin buna baxmayaraq, futbolçular funksional baxımdan hazırlıqlıdırlar və sona qədər mübarizə aparırlar. Bu mövzuya təkrar qayıtmaq istəməsəm də, əvvəllər də qeyd etdiyim kimi, futbolçu sayımız azdır. Ötən mövsüm I Liqada çıxış edən gənc yerli oyunçulara böyük hörmətim və sevgim var. Amma onların inkişaf etməsi üçün yanlarında mütləq təcrübəli yerli futbolçular da olmalıdır. Hazırda isə sadəcə oyunçu çatışmır. Müqayisə üçün, "Zirə"nin heyətində 15-16 legioner var, bizdə isə bu say cəmi 9-dur. Açıq etiraf edirəm ki, yayda seleksiya işini istədiyimiz kimi qura bilmədik, bu mövzuda bir qədər zəif işlədik.
- Penalti epizodundan yararlana bilmədiniz...
- Penalti vuranlar siyahısında əsasən iki nəfəri qeyd etmişdik: Sanqare və Ba Lua. Onlardan sonra siyahıda Domi də var. Lakin penalti epizodu elə bir məqamdır ki, son qərarı futbolçunun özünü həmin an necə hiss etməsi və hazırlığı müəyyənləşdirir. Bu dəfə Sanqare məsuliyyəti öz üzərinə götürdü və vurmaq istədi. Mən də kənardan prosesə müdaxilə etmək istəmədim. Komanda üçün qolu kimin vurmasının ciddi fərqi yoxdur.
- Rəhbərliklə transferlərlə bağlı söhbət etmisiniz?
- Fariz Nəcəfov uzun illərdir futboldadır və təcrübəli rəhbərdir. Kluba müəyyən büdcə ayrılıb, indi əsas məsələ həmin vəsaitdən düzgün və səmərəli istifadə etməkdir. Əminliklə deyə bilərəm ki, transferlər mütləq olacaq. Bir həftə əvvəl Fariz müəllimlə görüşdük və qış fasiləsinə qədər maksimum mübarizə aparmaq barədə razılığa gəldik. Əsas hədəfimiz kobud səhvlərdən qaçmaqdır, lakin bu da birbaşa təcrübə ilə bağlı məsələdir. Bizə keyfiyyətli yerli futbolçular lazımdır. Mən əvvəlki iş yerlərimdə, məsələn, "İnter"də çalışarkən həmişə yerli gənclərə şans vermişəm – Azər Salahlı və digərlərini misal çəkə bilərəm. Hazırda "Qəbələ"də də U-21 yığmasının üzvləri var, hətta son matçda Cəbəllütariqə qarşı forma geyindilər. Sadəcə, bu gənclərin inkişaf etməsi üçün meydanda onların yanında Səlahət Ağayev, Murad Musayev kimi təcrübəli liderlər olmalıdır.
- Rza Cəfərovun komandaya cəlb olunacağı gözlənilir. Qışda daha bir qapıçı gətirmək gündəmdədir?
- Bu barədə indidən danışmaq istəmirəm. Transferlər olacaq. Qapıçı da lazımdır. Rza da yaxşı qapıçıdır, perspektivlidir. Təəssüf ki, klubunda oynamır, ehtiyatda qalır. Çox istəyərdim. Amma indidən danışmaq istəmirəm. Heyətdə rəqabət olmalıdır. Futbolçular rəqabət halında inkişaf edə bilərlər.(sportal.az)
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"