Misli Premyer Liqasının 12-ci turunda "Araz-Naxçıvan" - "Turan Tovuz" (1:1) qarşılaşması heç-heçə ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Mübarizəli oyun izlədik. Hər iki komanda yaxşı performans göstərdi. Bəzi anlarda oyuna diktə edən tərəf biz idik. “Turan Tovuz”u da qeyd etməliyəmki, təzyiq artırandan sonra təhlükəli epizodlar yaratdılar. Qarşıda bizi nə gözlədiyini bilirdik, çünki “Turan Tovuz” fiziki cəhətdən ağır komandadır. Hesab edirəm ki, bu gün hər iki komanda 1 xal qazanmış sayılır.
- İkinci hissədə istədiyiniz hücumları qura bilmirdiniz. Bunun səbəbi nə idi?
- Komandaya hesabı qorumaq tapşırılmamışdı. Sadəcə futbolçular hesabda öndə olanda psixoloji olaraq daha çox müdafiəyə yönəlirlər. Hücuma da çıxırdıq, aqressivlik də var idi. Sadəcə epizodları doğru dəyərləndirə bilmirdik. Rəqib isə ikinci hissədə etdiyi əvəzetmələrlə oyunun axarını dəyişməyi bacardı. Bu gün hər iki komanda yaxşı çıxış etdi.
- Sumqayıtda oynamağın komandaya hansısa təsiri var?
- Daim oynadığımız “Liv Bona Dea Arena” bizim əsl ev stadionumuz sayılmır. Hamı bilir ki, biz hansı regionu təmsil edirik. Mən də, rəhbərlik də istəyərdik ki, öz azarkeşlərimizin qarşısında çıxış edək. Bu, mənim qərar verə biləcəyim məsələ deyil. Arzum odur ki, ev sahibi kimi dolu tribunalar önündə oynayaq. Bu, komandaya böyük impuls verir. Yenə də ümidliyik, nə vaxtsa mütləq Naxçıvana qayıdacağıq.
-Turnir cədvəlinin 6-cı pilləsindəsiniz. Zəif çıxışın səbəbi nədir?
- Sizin baxışınızla bizim baxışımız bir qədər fərqlidir. Hələ mövsümün əvvəlidir və komandalar bir-birinə çox yaxındır. Mən zəif çıxış etdiyimizi düşünmürəm. Bu gün aparıcı oyunçularımızın olmaması səbəbindən rotasiyaya getməli olduq. Daha yuxarı pillələrdə ola bilərik.
- Kurban Berdiyev bildirdi ki, hakimlərdən danışmağın faydası yoxdur. Siz bugünkü idarəçilik barədə nə deyərdiniz?
- Hakimlərdən danışmağa başlasaq, futbolu ikinci plana atmış olarıq. Bu cür problemlər bütün dünyada yaşanır. Ümid edirəm ki, referilər oyunun ritminə təsir edən səhvlər etməz. Bu gün də xırda epizodlar oldu, etirazlarımız da vardı, amma bunlar futbolun təbii hissəsidir.(sportal.az)
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı