"Çətin oyun oldu. Səfərdə azarkeşlərin qarşısında oynamağın nə qədər çətin olduğunu gördük".
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 12-ci turunda bu gün səfərdə "Karvan-Yevlax"a qalib gəldikləri (2:1) oyundan sonra mətbuat konfransında deyib.
O, qələbəni belə şərh edib: "Maraqlı görüş idi. Çoxlu qol epizodları yaratsaq da, təəssüf ki, bunları reallaşdırmaqda problemimiz var. İstədiyimiz qolu gec vurduq. Bunu birinci hissədə etməli idik. Çünki daha çox epizodlar yaratdıq. Təcrübəsizlik öz sözünü deyir".
Baş məşqçi ev oyunlarınını keçirəcəkləri Yevlax şəhər stadionunun ot örtüyünün durumunun yaxşı olduğunu da bildirib: "Birinci oyun üçün ot örtüyü pis deyil. Burda oynamağımızın səbəbi məsafənin yaxın olmasıdır. Gəncədən Qəbələyə 3 saatlıq yoldur, Yevlaxa isə 40-45 dəqiqə. Adaptasiyaya ehtiyac olmur".
A.Bağırov bugünkü qələbə ilə sonuncu pillədən qurtulmalaı ilə bağlı da danışıb. "Hər oyunda xallar üçün mübarizə aparacağıq. Sonuncu pillədən qurtulmaq şərt deyil. Düşünürəm ki, daha yaxşı yerlər uğrunda mübarizə apara bilərik".
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi