21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
QOL.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın matça hazırlığından razı qaldığını deyib:
“Faydalı hazırlıq prosesi keçdik. Futbolçularla həm oyunun mental tərəfi, həm də taktiki mövzular haqqında söhbətlər apardıq. Ümumilikdə uşaqların matça köklənmələrindən və toplanış dönəmindəki hazırlıqlarından razıyam. Bundan başqa, Səttar Tahirzadəni də komandaya cəlb etdik. Ümid edirəm ki, ona debüt imkanı yaranacaq”.
Baş məşqçi səfərdə çıxış etmələrinə baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacaqlarını vurğulayıb: “Bizi motivasiyalı rəqib gözləyir. Onların bu görüşdə bütün güclərini ortaya qoyacaqlarına əminəm. Futbolçular bu məsələ ilə bağlı mənim münasibətimi yaxşı bilirlər. Biz hansısa aspektdə rəqibdən daha güclü ola və ya əksinə, müəyyən cəhətlərdə zəif görünə bilərik. Amma rəqibin kimliyindən asılı olmayaraq, qətiyyən heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”.
Qeyd edək ki, bu gün “Europa Point Stadium”da keçiriləcək Cəbəllütariq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı