Milli futbol komandamızın və Xorvatiyanın “Varazdin” klubunun yarımmüdafiəçisi Rüfət Abdullazadənin QOL.az saytına müsahibəsi
- DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya qarşı keçirilən oyunda milli komandada debüt etdiniz. Təəssüratlarınız necədir?
- Çox şadam ki, millidə debüt elədim. Ayxan müəllimə təşəkkür edirəm ki, mənə bu şansı verdi. Çalışacağam ki, milli komandadakı oyunlarımın sayını artırım. Daim üzərimdə işləyirəm. Əlimdən gələni edəcəm ki, milliyə layiq olum.
- Son bir ildə, il yarımda daim milliyə namizəd göstərilsəniz də, dəvət almırdınız. Bu dəfə necə, çağırılacağına ümidiniz var idi?
- Şans veriləcəyinə inanırdım. Şükürlər olsun ki, bu dəfə yığmaya çağırıldım və debüt elədim. Daha çox milli oyunlar keçirmək istəyirəm.
- Debütant kimi millidəki ab-havanı necə dəyərləndirirsiniz?
- Ab-hava yaxşıdır. Yığmada hər kəs bir ailə kimidir. Komandada çox gözəl atmosfer var.
- Debüt oyununuzda millimiz İslandiyaya uduzdu (0:2). Rəqibdən xal almaq üçün nə çatışmadı?
- Yaxşı mübarizə apardıq. Son 2-3 matçda milli mübarizliyi ilə seçilir. Qələbə qazanmaq istəyirdik. Ayxan müəllim komandanı də qələbəyə kökləmişdi. Azarkeşləri sevindirmək istəyirdik. Təəssüf ki, uduzduq.
- Ümumiyyətlə, sizcə, stabil nəticələr qazanmaq üçün millimizə ilk növbədə nə lazımdır?
- Konkret nəsə demək çətindir. Düşünürəm ki, mübariz komanda olsaq, nəticələr gələcək.
- Fransa ilə matçdan gözləntiləriniz nədir?
- İlk növbədə azarkeşləri milliyə dəstək olmağa çağırıram. Fransanın gücünü hamı bilir. Layiqli mübarizə aparmağa çalışacağıq. Evdə oynayırıq, ən azından vuruşacağıq. Çox istərdik ki, azarkeşləri sevindirək.
- Klubda işləriniz necə gedir?
- Yaxşıdır. Son turda vacib qələbə qazandıq. Hazırda adaptasiya dövrü keçirəm. Çalışıram daha çox oynayım. İnanıram ki, tam uyğunlaşandan sonra hər şey daha yaxşı olacaq.
- Azərbaycan və Xorvatiya çempionatları arasında fərq nə dərəcədə böyükdür?
- Fərq var, əlbəttə. Xorvatiya çempionatında temp yüksəkdir, oyunlar sərt mübarizə şəraitində keçir. O tempə alışmağa çalışıram. Lakin açıq deyim ki, asan deyil.
- Xorvatiyada, klubda sizə qarşı münasibət necədir?
- Yaxşıdır. Gələndə də çox yaxşı qarşıladılar. Bizim komandada legioner azdır. “Varazdin”in əsasını öz millətlərindən olanlar – xorvatlar təşkil edir. Hamı mənimlə səmimidir, dost kimiyik.
- Komandaya gec qoşulduğunuz üçün ötən il “Varazdin”lə birgə avrokuboklarda çıxış edə bilmədiniz. Bu dəfə komandanızın qitə kuboklarına yollanmaq şansını nə dərəcədə real görürsünüz?
- Hazırda turnir cədvəlində üçüncü yerdəyik. Lakin bu pillə uğrunda gərgin mübarizə gedir. 6-7-ci yerlərlə aramızda cəmi 3-4 xal fərqimiz var. Hər oyuna qələbə üçün çıxırıq, məqsədimiz bacardığımız qədər çox xal qazanmaqdır. İnanıram ki, mövsümün sonunda istəyimizə çatacağıq və avrokuboklara yollanacağıq.
- Adətən azərbaycanlı futbolçuların legioner həyatı qısa olur. Əksəriyyət də darıxmağı bəhanə edib, geri dönür. Rüfət Abdullazadə eyni yolu getməyəcək ki?
- Yox, mən Xorvatiyada darıxmıram (gülür).
- Əslində darıxmağı adətən bəhanə edirlər...
- Bizimlə Avropa arasında mental fərqlər var. Fərqli ölkədə yaşamaq, oradakı mühitə uyğunlaşmaq asan deyil. Açığı, inanmıram ki, bu günə qədər vətənə qayıdanlar sırt darıxmağa görə qayıtsınlar. Ümumilikdə, çox çətinliklər olur. Bəziləri bəlkə də bunu bilmir. Yəni xaricdə qalmaq elə də asan deyil. Lakin mənim belə bir fikrim yoxdur. Əksinə, məqsədim daha da irəli getməkdir.
- Biz də uğurlar arzulayırıq. İnanırıq ki, “Varazdin” tramplin olacaq və sizin sorağınız tezliklə Avropanın aparıcı klublarından gələcək.
- İnşallah, çox təşəkkür edirəm.
A seriyasında yeni qərar
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu
Rusiya klubunun məşqçisi 32 yaşında vəfat etdi
Dünyanın ən bahalı qapıçıları - Siyahı
Əşrəf Hakimi 2 aydan sonra meydana qayıtdı
Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı
Avropada driblinq üzrə lider
Qələbə qazanmadan pley-offa yüksəldi
Azərbaycanda 1-ci liqa klubu dağılmaq ərəfəsində
La Liqada ilin rəmzi komandası
Ramos Avropaya qayıtmağa yaxındır
Misir Salahsız heç-heçə etdi, pley-offa vəsiqə qazandı
"Roma" 3 qolla qalib gəldi
Filipe Luislə müqavilə uzadıldı
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
Superliqa klubu yeni baş məşqçisini açıqladı
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər
“Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
Sabiq "Real" futbolçuları komanda yoldaşı ola bilər
"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video