“Çətin oyun keçdi. Meydanda gərgin mübarizə gedirdi. Vərəqələrin sayı çox idi. Təəssüf ki, ikinci hissədə azlıqda qaldıq. Bundan sonra oyunumuz sındı. Yaxşı ki, qapımızı sona kimi toxunulmaz saxlaya bildik”.
QOL.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un qapıçısı Oleq Baklov Misli Premyer Liqasının 11-ci turunda “Zirə”yə qarşı keçirilən oyun (0:0) barədə danışarkən deyib.
O bildirib ki, matçı 10 nəfərlə başa vurduqlarını nəzərə alsaq, Zirə səfərində 1 xal pis nəticə deyil: “Yarım saatdan artıq azlıqda mübarizə apardıq. Bu da işimizi çətinləşdirdi. Ona görə də 1 xalı yaxşı nəticə saymaq olar. Heç-heçə ədalətli nəticə idi”.
Tacikistan millisinin üzvü bir tur əvvəl “Turan Tovuz”un doğma meydandakı debütunə də toxunub: “Şamaxı” ilə Tovuzda qarşılaşdıq. Bu, doğma meydanda debütumuz idi. İlk dəfə idi Tovuzda yerli publika önündə oynayırdım. Atmosfer əla idi. Azarkeşlərin dəstəyi ilə geridönüş edə bildik. Futbol azarkeşlər üçün oynanılır. Stadion dolu olanda bizim də məsuliyyətimiz artır”.
Baklov ilk dövrəni “Turan Tovuz” üçün belə dəyərləndirib: “Turnir cədvəli baxımından vəziyyətimiz yaxşıdır. Bir müddət hətta lider olduq. Hazırda yalnız “Qarabağ”dan geri qalırıq. Lakin bu, hələ ilk dövrədir. Qarşıda çox oyun var. Ona görə də bununla kifayətlənmək olmaz. Hədəfimizə çatmaq üçün bu tempdə də davam etməliyik”.
31 yaşlı qolkiper Misli Premyer Liqasına uyğunlaşmağın onun üçün heç də asan olmadığını bildirib: “Çempionatın səviyyəsi yaxşıdır. Limit olmadığı üçün legionerlərin sayı çoxdur. Açıq deyim ki, əvvəldə uyğunlaşma baxımından problem yaşayırdım. İki ay adaptasiya dövrü keçdim. İndi hər şey yaxşıdır. “Turan Tovuz”dakı durumum məni tam qane edir”.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır