Gəncə azarkeşlərinin çoxdan bəri arzuladığı istək reallaşıb. «Gəncə» Peşəkar Futbol Klubu növbəti mövsümdən Premyer Liqada «Kəpəz» adı ilə mübarizə aparacaq.
Bu barədə Qol.Az-a məlumatı klubun prezidenti Elmir Əliyev verib.
Onun sözlərinə görə 2009-2010-cu il mövsümündə I diviziondan qızıl medallarla Premyer Liqaya vəsiqə qazandığı dövrdən yerli azarkeşlər komandanı «Kəpəz» adı ilə görmək istəyirdilər: “Hətta oyunlarda belə azarkeşlər komandanı “Kəpəz” deyə alqışlayırdilar. Dəfələrlə bizə yüksək liqada komandanı Kəpəz kimi görmək istədikləri barədə müraciətlər etmişdilər.
Bunu nəzərə alaraq mən “Kəpəz” klubunun prezidenti Müsa Abdullayevlə görüşdüm və komandaların adının dəyişdirilməsi ideyasını söylədim. Müsa müəllim də bu fikri dəstəklədi. Bu təklif ətrafında klubun sponsoru ilə də müzakirələr aparıldı və son qərar belə oldu – «Gəncə» PFK bu mövsümdən «Kəpəz» adı ilə çıxış edəcək”.
Klub prezidenti artıq lazımi sənədlərin hazırlanması üçün göstərişlərin verildiyini əlavə edib: “Bilirsiniz ki, bu o qədər də asan bir proses deyil. Bütün sənədləşmə işləri yenidən aparılmalıdır. Bundan başqa atributlar və formalarda da yenilənəcək. Ümidvaram ki, qəbul etdiyimiz bu qərar qədim futbol ənələrinə malik Gəncə azarkeşlərinin ürəyincə olacaq”.
Bu il I divizionda mübarizəyə başlayacaq şəhərin ikinci komandasının taleyinə isə klubun prezidenti Musa Abdullayev aydınlıq gətirib. Onun sözlərinə görə Gəncə Reqional Futbol Federasiyasının təşəbbüsü ilə şəhərin ikinci komandası olacaq və həmin komanda bu mövsüm I divizionda mübarizə aparacaq: “Mən də şəhərimizin yüksək liqada mübarizə aparan komandasının adının dəyişdirilərək “Kəpəz” qoyulmasını çox müsbət qarşıladım. Hər bir azarkeş Gəncə futbol tarixində Kəpəzin qazandığı nailiyyətləri, uğurları yaxşı xatırlayır və sanki bu adı daimi olaraq qəlblərinə həkk ediblər. Kəpəz ucalıqdır, məğrurluqdur. Bu adla mübarizə apacaq komandamıza uğurlar arzulayıram”.
Musa Abdullayev rəhbərlik etdiyi komandanın yeni adı ilə bağlı da açıqlama verib. O bildirib ki, bu mövsüm Gəncə futbolunu I divizionda təmsil edəcək komanda “Tərəqqi” adlandırılacaq: “Tərəqqi” adı da gəncəlilərə doğmadır və şəhərimizin futbol tarixinin bir hissəsidir. Bir vaxtlar Gəncə məhz bu adla futbol turnirlərində təmsil olunub. Biz hesab edirik ki, futbol azarkeşləri bu komandanı da sevəcək və yetərincə dəstəkləyəcəklər. Tərəqqi inkişaf deməkdir. İnanıram ki, bu komanda da Gəncə futbolunun irəli getməsinə bir təkan ola biləcək”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?