"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 5-ci turunda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Öncə "Qarabağ"ı "Benfika" üzərindəki tarixi qələbə münasibətilə təbrik edirəm. Bu, ölkə futbolu üçün əhəmiyyətli qalibiyyətdir. Öz komandamı da təbrik edirəm. Çox gərgin və əsəbi oyun oldu. Belə olacağını bilirdik. Dəyişikliklər qələbədə vacib rol oynadı. Bu, bizi sevindirir. Ovusu vacib qollar vurdu. Amma həm də məyus oluruq ki, start heyətində meydana buraxdığmız futbolçu etimadı doğrultmadı. Məşqlərdə etdiklərimizi meydanda göstərə bildik. Hətta oyunda daha yaxşı alındı. Ziya Şəkərxanov Premyer Liqada debüt etdi. Qol da vura bilərdi. O son vaxtlar çox inkişaf edib. Hədəfimiz Premyer Liqada qalmaqdır. Bunun üçün çalışırıq. Bütün rəqiblərə qarşı öz oyunumuzu oynamalıyıq.
- İlk qələbənizi qazansanız da, çox yorğun görünürsünüz. Bu, psixoloji yorğunluqdur?
- Hər iki tərəfdə gərginlik var idi. Çünki oyun iki komanda üçün də vacib idi. Biz yorulmadıq, əksinə rəqibi yorduq. Əvvəlki matçlarda da yaxşı oynamışdıq. Heç bir rəqibdən geri qalmırdıq. Yaxşı oynaya-oynaya qələbə qazanmırdıq deyə futbolçularda gərginlik var idi. Bu da psixoloji məsələdir.
- İstədiyiniz sistemi "Qəbələ"də tətbiq etmək üçün sizə nə qədər vaxt lazımdır?
- Meydanda bir oyun var. Sadəcə futbolçular gəncdir. Heyətin gücləndirilməsinə ehtiyac var. Bununla bağlı iş gedir, transferlər gözlənilir.
- Ukraynalı qapıçı Artur Rudkonun "Qəbələ" ilə müqavilə imzalamaq üçün Azərbaycana gələn zaman ölkəsinin sərhədində saxlanıldığı ilə bağlı xəbərlər var. Həmin qapıçı ilə anlaşmışdınız?
- Bizə bir neçə qapıçı təklif olunmuşdu. Həmin qapıçı da o siyahıda var idi. Amma razılıq əldə olunmamışdı.
- Növbəti turda "Qarabağ"la oyununuz var. Rəqib Çempionlar Liqasında mübarizə aparır, siz isə bu gün qələbə qazandınız. Komandada motivasiyanın yüksək olduğunu nəzərə alsaq. əvvəlki "Qarabağ" - "Qəbələ" matçlarını görə bilərik?
- Biz "Qarabağ"a böyük hörmətlə yanaşırıq. Mənim fikrimcə, Qurban Qurbanov Avropada ən yaxşı 5 baş məşqçidən biridir. Bunu "Benfika" ilə oyundan əvvəl demişdim. Həmin matç da haqlı olduğumu göstərdi. Qorxmadan oynayacağıq, qapımızın qarşısında avtobus qurmayacağıq. (sportal.az)
"Heç nəyi fəda etmək niyyətimiz yoxdur" - Valdas Dambrauskas
"Napoli"nin kapitanı sıradan çıxdı
"Daha bir transferimiz də olacaq" - Kaxaber Sxadadze
"Yay transferi üçün planlarımız hazırdır"
"Barselona"ya keçməyi hədəfləyir, klub isə tərəddüd edir
Futbolçu rekord məbləğdə cərimələndi
Ronaldo "Əl-Nəsr"i hədələdi
"Sumqayıt" - "Zirə" matçından - Video
“Fənərbaxça” Kantenin maaşını açıqladı
"Əsas hədəfimiz 3 gün sonrakı çempionat oyunudur” - Video
Messi artıq hansı matçda oynayacağını özü seçəcək
Superliqa təmsilçisi yunan klubundan futbolçu transfer etdi
“Rusiya klubları “Qarabağ”dan güclüdür” - Aleksandr Mostovoy
"Sabah" - "Qəbələ": Heyətlər
"Zirə"nin yarımmüdafiəçisi 1-ci liqa klubunda
"Əl-Hilal"la onunla müqaviləni yenilədi
Premyer Liqa klubu baş məşqçisi ilə sağollaşa bilər
Zanetti Olimpiya məşəlini daşıdı - Şəkillər
“Nyukasl”ı da ağır oyun qrafiki gözləyir
Azərbaycan millisi Özbəkistana qalib gəldi
“Qarabağ”ı gözləyən o ağır qrafik - 19 günə 6 oyun!
Nurlan Novruzov klubunu dəyişdi
"Sumqayıt" - "Zirə": Heyətlər
Millimiz Gürcüstanla qarşılaşacaq
"Sabah"ın sabiq futbolçusu Qazaxıstan klubunda
Bizi kimlər təmsil edəcək? - Qış Olimpiadası
"Xankəndi"dən daha bir transfer
Kantenin transferi Ərdoğanın dəstəyi ilə gerçəkləşib!
"Ayaks"dan yeni transfer
"Mingəçevir" dayanmaq bilmir
"Bavariya"da ciddi itki
Azərbaycanın dünya çempionu əməliyyat olundu
"Zirə"dən "Mingəçevir"ə
Qış Olimpiya Oyunları üçün bu qadağalar tətbiq olundu
"İmişli"də 18 yaşlı hücumçu
Bu qışın ən bahalı transferləri - Siyahı
"Arsenal"dan daha bir transfer
Ruqani "Yuventus"dan bu kluba keçdi
“Fənərbaxça”dan supertransfer - Rəsmi