"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 2-ci turunda "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- "Sabah" ailəsini, uzaq səfərə gələn azarkeşləri təbrik edirəm. Dörd ilə yaxındır ki, Şamaxı səfərində qalib gələ bilmirdik. Mənim üçün çox xoş oldu. Meydanda görmək istədiklərimizin hamısını gördük. "Şamaxı" çox çətin rəqibdir. Bura gələn komandalar meydanda yüz faizini verməsə, qarşılarında inadkar "Şamaxı" görəcəklər. Rəqib yaxşı təşkilatlanmış və intizamlı komandadır. Onlar yaxşı müdafiə olunurlar. Oyuna çox yaxşı başladıq. Bu qolu həftə ərzində çox işləmişdik. Topa nəzarət bizdə idi. İkinci hissədə rəqibin müdafiəsində boşluqlar tapmaq çətin idi. Havanın da təsiri ola bilər. Rəqib möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi. Bu qoldan sonra oyunçularımın reaksiyası xoşuma gəldi. Hiss edirdik ki, böyük səhvlər etməsək, buradan qələbə ilə qayıda bilərik. Artıq növbəti oyuna köklənməliyik. Sabah məşqimiz var. Bütün komandalar mövsümə pozitiv hisslərlə başlayıb. Səfərdə qazanılan 3 xal bizi sevindirir.
- Azərbaycan Premyer Liqasında ilk oyuna çıxdınız. Çempionatın hansı özəlliyi sizi cəlb etdi?
- Həmişə avrokuboklar oyunlarından sonra çempionata köklənmək çətin olur. Belə hallarda nizam-intizam çox önəmlidir. Avropada 6 oyun keçirmişik. Artıq oyun ritminə alışmışıq. Hələ ki Azərbaycan futbolu barədə ekspert deyiləm. Televizorda oyunlara baxmışam. İki turdan sonra məndə belə qənaət yaranıb ki, favorit komanda yoxdur. "Qarabağ", "Neftçi" kimi komandaların rəqibləri onlara qarşı yaxşı mübarizə aparır. Hər komandanın özünün xüsusi oyun planı var. Düşünürəm ki, hamımız birlikdə böyüməliyik. İnfrastrukturu yaxşılaşdırmaq, keyfiyyətli oyunçular cəlb etməklə bir yerdə inkişaf etməliyik.
- Coy-Lens Mikelslə İqor Noqeyra arasında mübahisə oldu. Həmin epizodu necə şərh edərdiniz?
- Əlbəttə ki, belə halları görməkdən məmnun deyiləm. Onların mübahisəsinin səbəbi daha yaxşı oynamaq istəməkləridir. Artıq hər şey bitib. Onlar oyundan sonra bir-biri ilə qucaqlaşdılar. Bu mövzu bağlanıb.
- 11 legioner sifariş etmisiniz. Daha neçə legionerə ehtiyacınız var?
- Sualınız mənə təəccüblü gəldi. Mən daha çox oyunçuların məşqə yanaşmasına baxıram. Heyəti qurarkən futbolçuların pasportuna baxmıram. Komandanı rəqibə görə hazırlayıram. Kim hazırdırsa, ona şans verirəm. Əlimdə olan heyətdən məmnunam.
- "Qarabağ" çempionatda ikinci heyətlə oynayır. Onları qabaqlaya bilərsiniz?
- "Qarabağ"ın çempionatda hansı heyətlə oynaması ilə bağlı şərh verə bilmərəm. Mənim üçün ilk 11-lik, ikinci 11-lik deyə bir şey yoxdur. Öz oyunçularımdan məmnunam. Həmişə çalışırıq ki, komandanı inkişaf etdirək. 10 aydan sonra nələrin olacağını deyə bilmərəm. Sabah bərpa məşqçi keçəcəyik. Hazırda ən önəmli oyun növbəti turda "İmişli"yə qarşı olan matçdır. (sportal.az)
"Fənərbaxça"nın futbolçusu vətəninə qayıdır
"Yeni mövsümdə hər şey gözlənilir" - Qurban Qurbanov
Levandovski qoruyucu maskada məşqlərə başladı
“Qarabağ”ın oyununda gözlənilməz hadisə - Video
Addainin dublu, "Qarabağ"ın inamlı qələbəsi - Video
Baş məşqçi hakimlərlə münaqişəyə görə cəzalana bilər
Premyer Liqanın ən çox ötürmə edən oyunçuları bəlli oldu
“Qarabağ” dramatik sonluqla yarımfinalda
"Bavariya" və Laymer arasında danışıqlar dayandırıldı
Neymar yenidən millidə oynaya bilər
Finallissima matçı harada baş tutacaq?
Hardadır bu gün o 30 min tamaşaçı? - Video
Rəqibi təhqir etdi, 6 oyunluq diskvalifikasiya olundu
Hakim qərarlarına görə liqanı tərk etdilər
Ronaldo sıradan çıxdı
"Onlar uduzmuş ölkədir, uçuruma doğru gedirlər"
"Qarabağ" - "Şamaxı": Heyətlər
Milliyə kimlər çağırıldı?
2-ci liqada 16-cı tura yekun vuruldu
19 yaşlı azərbaycanlı Kipr klubunun transfer hədəfində
Asensio heyətdən kənarda qaldı
“Araz-Naxçıvan”ın akademiyasında görüş keçirilib
"Ümid edirəm ki, ÇL-in 1/4 finalında qarşılaşacağıq"
"Barselona"da itkilər
"Qarabağ"ın maraq dairəsində olan 16 yaşlı futbolçu kimdir?
Baş məşqçisi Traoreyə əzələ yığmağı qadağan edib
FİFA DÇ-2026-nın afişasını təqdim etdi - Şəkil
"Zirə"nin kapitanı üçün yubiley oyunu
"Sabah" PSJ-nin qapıçısını transfer edir
1/4 finalın son 3 oyunun hakimləri açıqlandı
Almaniyada Bundesliqa klubları üçün yeni çempionat
Arbeloa kapitanlarla təcili iclas keçirdi
La Liqa klubunda baş məşqçi dəyişikliyi
3:0 hesablı qələbə “Barselona”ya bəs etmədi
UEFA-dan “Qalatasaray”a azarkeş qadağası
"Liverpul"dan gözlənilməz məğlubiyyət
Azərbaycanı Qran-Pridə onlar təmsil edəcəklər
Bu matçdan sonra Arbeloa istefaya göndərilə bilər
"Ən doğrusu Premyer Liqa trendlərinə uyğunlaşmaqdır"
"Zirə"ni yarımfinala aparan qələbəsindən - Video
"Ninkoviçin qırmızı vərəqəsi planlarımızı pozdu" - Saşa İliç