Özbəkistanda Cennifer Lopezin konserti stadionun ot örtüyünə ziyan vurub.
QOL.az bu barədə championat.asia saytına istinadən xəbər yayıb. Konsert avqustun 7-də keçirilib.
Məlumata görə, həm milli komandanın, həm də yerli klubların oyunlarını keçirdiyi “Bunedkor” stadionunda məşhur amerikalı müğənninin konsertindən sonra zədələnmiş ot örtüyünün bərpası üçün işlər aparılır.
“Mən stadionun ot örtüyünə cavabdeh olan aqronomla danışdım. Onun sözlərinə görə, məhv olmuş otun xüsusi texnika ilə təmizlənməsi lazımdır. Bu texnika “Bunedkor” stadionunda mövcuddur. Aqronom deyir ki, ot örtüyünün tam bərpa olunması üçün təxminən 2 ay vaxt tələb olunur”, – deyə nəşrin baş redaktoru Narzulla Saydullayev bildirib.
Məlumata görə, konsert səhnəsi meydanın drenaj sistemini sıradan çıxarıb və ot örtüyünü tamamilə yararsız hala salıb.
“Bir vaxtlar özbək futboluna çoxlu ulduzlar bəxş edən "Bunedkor" indi özünə yeni meydan axtarmağa məcburdur. "Bunedkor" buna öyrəşmiş ola bilər, bəs bizim milli komandamız nə etsin? İlk dəfə dünya çempionatına vəsiqə qazanmış, üstəlik CAFA turnirinə ev sahibliyi edən yığmamız harada oynayacaq?” – deyə “Paxtakor” klubunun idman direktoru Rövşən Salimov sosial şəbəkədə yazıb.


“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb