Bu gün Azərbaycan kubokunun final görüşü keçirilib. Qol.Az-ın məlumatına görə, finalda "İnter" və "Xəzər Lənkəran" klubları üz-üzə gəlib.
Bu komandalar artıq 4-cü dəfə finalda oynamaq hüququ qazanıblar. Hər 3 görüşdə məğlub olan "İnter" hələ ki kuboka həsrət qalmışdı. "Xəzər Lənkəran" isə 2 görüşdə qalib gələrək kuboka sahib çıxıb. Cənublular yalnız ötən il finalda "Bakı"ya məğlub olmuşdu.
Bu komandalar 3 il öncə də finalda qarşılaşmışdılar. Həmin vaxt "Xəzər Lənkəran" rəqibini 2:0 hesabı ilə məğlub edərək kuboku muzeyinə aparmışdı. "İnter" isə 2 dəfə ölkə çempionu olmasına baxmayaraq, kuboku qazanmağa müvəffəq olmayıb.
Lakin bu dəfəki final görüşü "İnter" üçün son şans idi. Kaxaber Sxadadzenin komandası finalda məğlub olacağı təqdirdə, avrokuboklardan kənar qalacaqdı. "Xəzər Lənkəran" isə bu gün qalib gəlməklə mövsümü titulla başa vurmaq niyyətində idi.
Oyuna gəlincə isə hər 2 komandanın səylərinə baxmayaraq görüşdə hesab açılmadı. Lakin əlavə hissənin ilk dəqiqəsində "Xəzər Lənkəran" klubu hesabı açdı. Bununla belə, "İnter" komandası bərabərlik qolunu vurmağa müvəffəq oldu. Penaltilər seriyasında isə "Xəzər Lənkəran" futbolçuları daha dəqiq oynadı.
Bununla da, "İnter" bu mövsüm avrokuboklardan kənar qaldı. Premyer Liqanı 5-ci pillədə başa vuran "İnter" yeganə ümidini kuboka saxlamışdı ki, burada da uğur qazana bilmədi. Azərbaycan kubokuna "Xəzər Lənkəran" yiyələndiyi üçün ölkəmizi avrokuboklarda təmsil edəcək digər komanda AZAL klubu oldu.
24 may
Azərbaycan kubokunun final görüşü
20:00. "İnter" - "Xəzər Lənkəran" - 1:1 (Penaltilər seriyası 2:4)
Qollar: Uinston parks, 91 (0:1), Girts Karlsons, 101 (1:1)
Penaltilər seriyası: Mureşan - 0:1, Karlsons - 1:1, Elnur Abdullayev - 1:1 (qapının üstündən), Çervenka - 1:1 (qapı tiri), Pit - 1:2, Odikadze - 2:2, Kyaku - 2:3, Daşdəmirov - 2:3 (qapıçı), Muşat - 2:4
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?