Iki həftə öncə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bizim “Qarabağ”ın püşkünə İrlandiyanın “Şelburn” komandası, Rumıniyanın FKSB klubunun bəxtinə isə Şimali Makedoniyanın “Şkendiya” komandası düşəndə FKSB-nin prezidenti Cici Bekalinin şəklini və onun bir az aşağıda oxuyacağınız açıqlamasını skrinşot edib saxlamışdım.
Atalar gözəl deyib: “Saxla samanı, gələr zamanı”. Ürəyimə damımışdı ki, postsovet məkanının yatıb-çıxmış “lotu”ları kimi danışan bu kişi çox pis pərt olacaq. Elə də oldu. Amma bir az əvvəldən başlayaq.
Bekali püşkü dəyərləndirərək belə demişdi: "Yaxşı püşkdür. Biz “Qarabağ”ı artıq məğlub etmişik. “Qarabağ”a qalib gəlməyəndən sonra Çempionlar Liqasına düşmək istədiyini necə demək olar? Onlar bizim səviyyədə deyil, futbolları da bizim futbolla müqayisəyə gəlmir. Komanda oyunçularını itirib, ritmdən düşüb. Biz "Qarabağ"ı darmadağın edəcəyik”.
Bekalinin arxı tullanmağına hələ bir arx da vardı, “Qarabağ”la qarşılaşmaq üçün öncə “Şkendiya”nə keçməliydi. Ancaq o, iki “hopp”u birdən deyirdi. İnsafən, adam “Qarabağ”ın “Şelburn”u keçəcəyini düzgün proqnozlaşdırmışdı, düşüncəsi bu idi ki, özləri də “makedoniyalılar”ı keçəcək və “qarabağlılar”la rəqib olacaqlar, həmin oyunda isə dediyi kimi olacaq.
“Qarabağ”a çətin olmadı, İrlandiyada keçirilən ilk oyunda cütlüyün taleyi, demək olar ki, həll edildi, komandamız səfərdə 3 qol vurdu, Bakıya əmin addımlarla qayıtdı. Ancaq Qurban Qurbanov yenə döşünə döymədi, rəqibi aşağılamadı, “irlandlar məğlub olmağı sevmir, Bakıdakı oyuna ciddi hazırlaşacağıq” dedi.
Bekalinin komandası isə güclü komanda saymadığı rəqibinə 0:1 hesabı ilə uduzdu və ümidini ikinci oyuna bağladı. İkinci oyun isə dünən baş tutdu və bildiyiniz kimi, FKSB-nin məğlubiyyəti ilə başa çatdı. Yəni yekə-yekə danışan prezidentin komandası ilk oyunundaca ələndi, getdi.
Açığı, Cici bəyin o cür böyük danışması “Qarabağ”sevərlərə yer eləmişdi, sosial şəbəkədəki şərhlərdə cürbəcür şeylər yazırdılar.
Biri yazırdı: “Qarabağ bu gün səfərdə oynadığı oyunu Buxarestdə oynasa , heç nə, elə kişinin dediyi düz olacaq”. (Bu deyən olmadı).
O biri bu cür yazırdı: “Sənin kimi təkəbbürlü qocanı Allah rüsvay etsin”. (Onun dediyi oldu).
Başqa biri yazırdı: “Qarabag”ın ən yaxşı cavabı bunu “Ludoqorets”in gününə qoyub pley-offa düşməkdir”. (Buna ehtiyac qalmadı).
Lakonik şəkildə adamı “bambılı” adlandıranlar, “Skendiya” ilə “Qarabağ”ın rəqib olacağını proqnozlaşdıranlar vardı. (Onlar deyən yüzdəyüz oldu).
Qurban Qurbanov isə Bekalinin replikasına belə cavab vermişdi: "Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox". (Elə də oldu).

Beləcə, bir daha sübut olundu ki, futbolda yekə-yekə danışmaq olmaz. Bu müharibə qarşılaşması deyil ki, tərəflərin birinin “dəmir günbəz”i, “Patriot”u, 40 saat göydə qalan təyyarəsi, bunker dələn raketləri olur, o birinin olmur, iki həftə tamam olmamış güclü silahı olan qalib gəlir.
Bu futboldur, hər iki tərəfdə 11 oyunçu, bir dənə girdə top var, kim çevik tərpənsə, qeyrətli oynasa, əzmkarlıq göstərsə, o da udur.
Bizim Qurban qardaşın ən üstün keyfiyyəti odur ki, heç vaxt böyük danışmır, bütün rəqibləri ilə sayğılı davranır, onlara böyük hesabla qalib gəlsə də, sındırmır, “yaxşı oynadılar, ciddi müqavimət göstərdilər, asan qələbə olmadı” deyir. Heç görmüşünüz ki, hansısa oyundan əvvəl Qurban Qurbanov “mütləq qələbə qazanacağıq” desin? Deməz. Çünki hər oyunun üç mümkün nəticəsi var, onlardan yalnız biri qələbədir, digər ikisi məğlubiyyət və heç-heçədir. “Qələbə qazanacağıq” deyən məşqçi qələbə qazananda ona “pah, necə demişdi, elə də oldu” demirlər, amma uduzanda ağızlar açılır: “Nə oldu, demişdin, udacaqsan, aşsüzənə döndərdilər”; “Arxdan tullanmamış “hopp” eləməyin axırı belə olur” və s.
Hələ bir çox tərbiyəsiz gənclər söhbəti qurşaqdan aşağı yerlərə gətirirlər, biədəb şeylər yazırlar.
İndi adamın vaxtı ola, sosial şəbəkələrin Rumıniya seqmentini izləyə, görə istifadəçilər Cici Bekalini nə günə qoyurlar.
Samir Sarı, musavat.com
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil