“Hər bir komandanın güclü və zəif tərəfləri var. Necə ki, onların, eləcə də bizim. Lakin təəccübləndirən tərəflərdən biri odur ki, “Hayduk”un ispan baş məşqçisi komandanın oyun fəlsəfəsini tamamilə dəyişib. Futbolçular daha intizamlı, daha istəklidirlər. Bunu ilk oyundan hiss etmək olurdu. Hər iki komanda mərhələni keçmək istəyir. Düşünürəm ki, səfərdə bizi maraqlı oyun gözləyir”.
QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la matçı üçün Xorvatiyaya yollanmazdan əvvəl əvvəl "CBC Sport"a açıqlamasında deyib.
43 yaşlı mütəxəssis ehtiyat qüvvə baxımından "Hayduk" “Zirə”dən daha üstün olduğunu vurğulayıb: “Hazırda komandaların heç biri fiziki cəhətdən ideal formada ola bilməz. Mövsümün ikinci oyununa çıxırıq. Bakıdakı görüşün ikinci hissəsində də gördük ki, dinamika düşmüşdü. Bu da mövsümün əvvəlinin olması, eləcə də hava şəraiti ilə bağlıdır. Belə məqamda artıq ehtiyat qüvvə işə düşür. O baxımdan da rəqibin üstünlüyü var. İştirak ərizələri daha genişdir, üstəlik, 4-5 yetirmələri əsas heyətdə oynayır. Həmçinin zədəlilərimiz də var. Bir sözlə, ehtiyat qüvvə rəqibdə daha güclü görünür. Lakin əlimizdə olan imkanlarla ən yaxşısını etməyə çalışacağıq”.
O, Bakıdakı ilk görüşdən (1:1) də söz açıb: R.Sadıqov "Hayduk"dan geri qalmadıqlarını söyləyib: “Ötən mövsümdəki uğurlu çıxışımız futbolçularda özünəinamı daha da artırıb. Bakıdakı matçın ilk hissəsində də bunu gördük. Demək olar ki, rəqibə meydan boyu başını qaldırmağa imkan vermirdik. Lakin fasilədən sonra fərqli oyun getdi. Deməzdim rəqib daha yaxşı oynadı, sadəcə hər iki komandanın pressinqi aşağı düşdü. Son 10-15 dəqiqədə üstünlüyü ələ aldıq. Qola yaxın olan tərəf biz idik. Bir-birinə qarşı iki layiqli rəqib mübarizə aparır. İlk matç göstərdi ki, hər iki komanda digərini yaxşı analiz edib”.
Xatırladaq ki, iyulun 31-də keçiriləcək "Hayduk" - "Zirə" görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi