"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Petrokub"a qarşı keçirəcəkləri səfər oyunu haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında Moldova təmsilçisini təhlil etdklərini deyib:
“Bizi çox maraqlı oyun gözləyir. Rəqibi təhlil etmişik, son oyunlarını izləmişik. "Petrokub" maraqlı komandadır, daha çox müdafiəyə meylli oynayırlar. Futbolçuları çox kompaktdır, meydanda nə edəcəklərini bilirlər. Məncə, evdə və səfərdə bir qədər fərqli oyun sərgiləyirlər. Evdə daha çox pressinq edirlər, meydanın hər yerində rəqiblə birə-bir oynamağa çalışırlar. Səfərdə isə taktiki yanaşmaları bir az fərqlidir. Avrokuboklarda favorit olmur, burada həmişə bütün gücünlə mübarizə aparmalısan. Bir an belə oyunun taleyini həll edə bilər".
O, Moldovada yaxşı oyun nümayiş etdirmək və sərfəli nəticə qazanmaq istədiklərini bildirib: "Əlbəttə, biz buraya sadəcə oynamağa gəlməmişik. Məncə, “Sabah” artıq elə bir səviyyəyə çatmalıdır ki, harada oynamasından asılı olmayaraq, hər oyuna qalibiyyət üçün çıxsın. Biz də bunu etməyə çalışacağıq".
Valdas Dambrauskas Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Çelye" ilə oyunlarından nəticə çıxardıqlarını söyləyib: “Çelye” ilə keçirdiyimiz iki oyun bizə oyunumuzu anlamaq, səhvlərimizi dərk etmək və nələri düzəltməli olduğumuzu görmək baxımından çox şey qazandırdı. Avropa futbolunda həmişə olduğu kimi, nəticəni xırda detallar həll edir. Meydana çıxırsan və döyüşürsən, amma sonda kiçik məqamlar, köklənmə oyunun taleyini müəyyən edir. Ümid edirəm ki, bu dəfə hər şey bizim xeyrimizə olacaq”.
Millinin oyunçusu sıradan çıxdı
"Bavariya" "Nyukasl"ın hücumçusuna göz dikdi
"Bütün üstünlüyü rəqibə verdik" - Yevgeni Kukseviç
Azərbaycan millisi Qazaxıstana uduzdu
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - Video
Klub prezidenti azarkeşləri qınadı
Mbappe "Bavariya" ilə matça hazırlaşır
Çempionlar Liqasında ən çox qol vuranlardan oldu
2-ci liqa: “Göygöl”, “Ağdaş” və “Şirvan”dan qələbə
Koxalski Salyanın kəndinə səfər etdi - Video
"Turan Tovuz"un kapitanı üçün 100-cü oyun
Premyer Liqa klubları onu hədəfə aldı
Azərbaycan gimnastları dünya kubokunda "qızıl" qazandılar
PSJ-də yeni bonus sistemi
Bu ölkə legioner limitini dəyişir
"Bu vəziyyətdən çıxacağıq" - Elvin Cəfərquliyev
ÇL: Nəhənglərin duellərinə hakim təyinatları açıqlandı
Futbolçu silahlı hücumda öldürüldü
Qara Qarayevdən məşqçilik yolunda daha bir addım - Şəkil
Mourinyo "Tottenhem"i ağ yuyub, qara sərdi
Cek Uilşer məşqçi kimi ilk kubokunu qazandı
“Kəpəz”in yubileyi uğursuz oldu
Ozobiç bu qolla futbol tariximizə düşdü
Son 16 mövsümündə ilk
“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
"Tovuzda komandaya güclü dəstək var" - Xorxe Silva
İngiltərədən rekordla gedir
Nərimanın komandası öz meydanında xal itirdi
Tofiq Əliyev yenə səhnədə! Möhtəşəm çıxış - Video
7 qol vuruldu, "İnter" qalib gəldi - Video
"Qalatasaray" öz meydanında xal itirdi
Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video