"Sabah" bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə "Çelye" (Sloveniya) ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matçda Masazır təmsilçisi birinci hissədə hesabda irəlidə olsa da, fasilədən sonra buraxdığı qollarla uduzub - 2:3. Sloveniya təmsilçisi qələbə qolunu 90+3-cü dəqiqədə vurub.
Görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edib.
Bu komandalar arasında cavab oyunu isə iyulun 17-də Sloveniyada olacaq.
İki matçın cəmində üstün olan tərəf 2-ci turda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar
10 iyul
20:00. "Sabah" (Azərbaycan) - "Çelye" (Sloveniya) - 2:3
Qol: Pavol Şafranko, 3 (1:0); Franko Kovaçeviç, 7 (1:1); Pavol Şafranko, 18 - pen. (2:1); Franko Kovaçeviç, 48 (2:2); Hrka, 90+3 (2:3)
Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyo, Saken Baiymbet (Qazaxıstan)
“Bank Respublika Arena”
"Kəpəz"də yeni müqavilə
"Napoli"dən "Bayer"ə
"Sabah" "Orhus"a qarşı
"Trabzonspor" Salahla razılaşdı
"Rəqibi yaxşı tanıyırıq" - Valdas Dambrauskas
"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə
"Qarabağ"ın "Dinamo" hazırlığından - Şəkillər
Kabo-Verde millisi baş məşqçisi ilə yollarını ayırdı
“Karvan-Yevlax”dan yeni transfer
"Şamaxı" "Qəbələ"yə qalib gəldi
"Mançester Yunayted" səhvini etiraf etdi
Entoni Teylorun yeni iş ünvanı - Türkiyə!
Messidən xeyirxah addım
"Sabah" hücumda çox təhlükəlidir" - "Orhus"un baş məşqçisi
UEFA avrokuboklarda sarı vərəqə qaydasını dəyişdi
"Real"ın daha bir futbolçusu "Fulhem"də
Zamiq Əliyev yenidən klubunun düşərgəsində - Video
"Kəpəz" yeni transfer etdi
1-ci liqada yeni mövsümün püşkü atıldı
"Napoli"nin 100 illiyə özəl formaları - Şəkillər
Elvin Yunuszadə Türkiyə klubunda - Yenilənib