Bu gün keçirilən 3 oyunla 19-cu Azərbaycan çempionatına yekun vurulub. Qol.Az-ın məlumatına görə, artıq bu görüşlərdən sonra bütün komandaların turnir cədvəlindəki yerlərinə aydınlıq gəlib.
Öz meydanında Salyanın "Muğan" klubunu qəbul edən "Qəbələ" bu görüşdən qalib ayrılıb. İkinci "altılıq"da liderlik baxımından mühüm əhəmiyyət kəsb edən görüşdə Toni Adamsın komandası qələbə qazanaraq 7-ci pillədəki mövqeyini qoruyub. "Muğan" klubu məğlub olmasına baxmayaraq 8-ci pillədə qalıb. Günün digər qarşılaşmalarında isə MOİK öz meydanında "Turan"ı 4:1, "Simurq" isə "Gəncə"ni 4:3 hesabı ilə məğlub edib. Bununla da, bu mövsüm Azərbaycan Premyer Liqasına yekun vurulub.
İlk öncə meydana 2 paytaxt təmsilçisi çıxıb. Bu mövsüm titulsuz qalan "Bakı" klubu öz meydanında "İnter"i qəbul edib. Avrokuboklara vəsiqə qazanmaq üçün "bankirlər"i bu görüşdə yalnız qələbə qane edirdi. Əks təqdirdə isə Kaxaber Sxadadzenin komandası avrokuboklardan kənar qala bilərdi. Lakin ilk hissədə vurduğu qolla qələbə qazanan "İnter" bu nəticə ilə 4-cü pilləyə yüksəlib. Əgər AZAL bu gün xal itirərsə, "İnter"in Avroliqaya vəsiqəsi rəsmiləşəcək.
Günün digər qarşılaşması isə Şüvəlan qəsəbə stadionunda baş tutub. Burada AZAL Ağdamın "Qarabağ" klubu ilə qarşılaşıb. AZAL 4-cü pillədəki mövqeyini qorumaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin "Qarabağ" klubu da Premyer Liqanı ikinci pillədə başa vurmaq üçün bu oyunda rəqibini məğlub etmək niyyətində olsa da, bunu bacarmayıb. Baxmayaraq ki, Qurban Qurbanovun komandası oyuna yaxşı başlamışdı. Adamiyanın qolu ilə hesabda irəli çıxan "Qarabağ" sonda meydanı 1:3 hesabı ilə məğlub tərk edib. "Qarabağ" 3-cü pillədə qaldığı halda, AZAL yenidən 4-cü pilləyə yüksəlib.
Günün mərkəzi qarşılaşması isə Respublika stadionunda baş tutub. Burada əzəli rəqiblər "Neftçi" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. "Neftçi" artıq sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirsə də, bu oyununun prinspiallığını azaltmırdı. "Xəzər Lənkəran"la oyundan sonra "Neftçi" klubuna ölkə çempionluğunun kuboku təqdim ediləcəyi səbəbindən Arif Əsədovun komandası bu oyunda məğlub olmamağa çalışırdı. "Xəzər Lənkəran" isə gümüş medalları əldən verməmək üçün bu oyunda qələbə qazanmaq istəyirdi. Lakin görüşün sülhlə başa çatması hər 2 komanda üçün uğurlu oldu. "Xəzər Lənkəran" gümüş medalların sahibi oldu.
19 may (cümə axşamı)
16:00. MOİK - "Turan" - 4:1
Qollar: Azər Məmmədov, 38 (0:1), Orxan Babayev, 47 (1:1), 70 (3:1), Comərd Baxşəliyev, 49 (2:1), Natiq Əkbərov, 89 (4:1)
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Akif Məmmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
16:00. "Simurq" - "Gəncə" - 4:3
Qollar: Samir Abdulov, 2 (0:1), Elçin Seyidov, 22 (0:2), Əli Bağırov, 44 (1:2), 65 (4:2), Tofiq Mikayılov, 48 (2:2), Elvin Yunusov, 64 (3:2), Junivan Suares, 88 (4:3)
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əli Hüseynov
Zaqatala şəhər stadionu.
16:00. "Qəbələ" - "Muğan" - 2:1
Qollar: Murad Hüseynov, 17 (1:0), Con Pelu, 38 (1:1), Yaşar Abuzərov, 87 (2:1)
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rüfət Hüseynov
"Şəfa" stadionu.
18 may (çərşənbə)
20:00. "Neftçi" - "Xəzər Lənkəran" - 1:1
Qollar: Cavid İmamverdiyev, 46 (1:0), Julius Vobay, 47 (1:1)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Yaşar Abbasov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Asim Xudiyev
Tofiq Bəhramov adına Respublika stadionu.
20:00. AZAL - "Qarabağ" - 3:1
Qollar: Georgi Adamiya, 11 (0:1), Mənsur Limani, 42 (1:1), Mirko Bunyevçeviç, 44 (2:1), Enyo Krastovçev, 89 (3:1)
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Munis Abdullayev, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Nüvər Xasıyev
Şüvəlan qəsəbəsi, "AZAL" stadionu.
15:00. "Bakı" - "İnter" - 0:1
Qol: Rövşən Əmiraslanov, 26 (0:1)
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Mübariz Haşımov, Anar Salmanov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Neftçi | 32 | 19 | 10 | 3 | 53-17 | 67 |
| 2 | Xəzər Lənkəran | 32 | 16 | 12 | 4 | 38-18 | 60 |
| 3 | Qarabağ | 32 | 17 | 8 | 7 | 41-22 | 58 |
| 4 | AZAL | 32 | 13 | 10 | 9 | 36-28 | 49 |
| 5 | İnter | 32 | 13 | 10 | 9 | 29-24 | 49 |
| 6 | Bakı | 32 | 10 | 10 | 12 | 33-32 | 40 |
| 7 | Qəbələ | 32 | 13 | 12 | 7 | 31-18 | 51 |
| 8 | Muğan | 32 | 13 | 8 | 11 | 29-31 | 47 |
| 9 | Gəncə | 32 | 8 | 12 | 12 | 33-36 | 36 |
| 10 | Turan | 32 | 7 | 6 | 19 | 24-47 | 27 |
| 11 | Simurq | 32 | 4 | 7 | 21 | 20-52 | 19 |
| 12 | MOİK | 32 | 4 | 6 | 22 | 14-55 | 18 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?