Azərbaycanın iki boksçusuna ağır cəza...

Azərbaycanın iki boksçusuna ağır cəza...
XƏBƏR 3 İyun 2025 / 16:50 1284
-  A +

Azərbaycan boksçuları Ömər Aslanlı və Məsud Yusifzadə cəzalandırılıblar.

QOL.az xəbər verir ki, buna səbəb onların antidopinq qaydalarını pozmağı olub.

Məlumatı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yayıb.

Ö.Aslanlı qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə 24 ay müddətinə diskvalifikasiya edilib.

M.Yusifzadə isə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 ay müddətinə cəzalanıb.


Son xəbərlər
04.06.25  10:55

"Çelsi"dən ayrıldı