"İstərdik ki, Belarus səfərindən gözəl əhval-ruhiyə ilə qayıdaq. Monteneqro ilə Sumqayıtda keçiriləcək görüşdə də qələbə qazanmaq istəyirik".
Bu sözləri QOL.az-ın Belarusa ezam olunmuş müxbirinə açıqlamasında Azərbaycanın U-21 millisinin üzvü Ağadadaş Salyanski deyib.
Hazırda U-21 millimiz Belarusda təlim-məşq toplanışındadır. 21 yaşlı hücumçu Avropa çempionatının seçmə mərhələ oyunlarına hazrılıq xarakterli toplanışı dəyərləndirib. O qeyd edib ki, qarşıdan gələn hər iki yoxlama matçında qələbə onlar üçün vacibdir:
"Çətin rupa düşmüşük. Buna baxmayaraq, yaxşı mübarizə aparacağıq. Öz ölkəmizi təmsil edirik. İstəyirik ki, bunun öhdəsindən yaxşı gələk. Əvvəlcə yoxlama oyunlarında qalib gəlmək istəyirik ki, yaxşı motivasiyamız olsun. Baş məşqçimiz Ayxan müəllim də bizə güvənir. O da istəyir ki, qələbələr qazanaq. Biz də bunun üçün çalışırıq".
Xatırladaq ki, U-21 millimiz hazırlıq çərçivəsində iyunun 4-də Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Cavad Musayev
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı