"Bildiyiniz kimi, bəzi səbəblərə görə futbolçu karyeramı başa vurmaq məcburiyyətində qaldım. "Sumqayıt" klubda qalıb işləməyimi təklif etmişdi. Ayxan Abbasovdan da təklif gəldi. Bunu dəyərləndirdim. Ona və AFFA rəhbərliyinə təşəkkür edirəm".
Bu sözləri QOL.az-ın Belarusa ezam olunmuş müxbirinə açıqlamasında Azərbaycan U-21 millisinin analitiki Vüqar Mustafayev sabah Belarusa qarşı keçirəcəkləri matçdan öncə danışarkən deyib.
O, əvvəlcə yığmaya təyinatından söz açıb: "Çox məsuliyyətli bir işdir. Millinin şərəfini futbolçu kimi qorumuşam. İndi isə məşqçi kimi çalışmaq qürurvericidir. İnanıram ki, əlimdən gələni edib, həm məşqçilərə, həm də futbolçulara kömək olacağam".
V.Mustafayev gələcək planlarından da danışıb: "Artıq ilk addımı atdım. İstəyirəm ki, məşqçi kimi fəaliyyət göstərim. İndi başlanğıcdayam. İnsan özünü analiz edir. Özünə sual edir ki, həqiqətən məndə o potensial varrmı, baş məşqçi ola biləcəyəmmi? Hədəfim, niyyətim budur. Alınsa, çalışacağam ki, ölkəmiz, xalqımız üçün ən yaxşısını edim. Alınmasa da, geri çəkiləcəyəm, özümü başqa bir sahədə sınayacağam".
O, artıq futbolçuları analiz etdiyini vurğulayıb: "Artıq futblçuları analiz etməyə başlamışam. Bir çoxu ilə komanda yoldaşı, bir çoxu ilə isə rəqib komandalarda qarşılaşmışam. Bəzilərini izləmək üçün son həftələrdə fürsətim olub. Yaxşı kollektiv var, mehribandırlar. İnanıram ki, qarşıdakı oyunlarda millinin yaxşı nəticələrini görəcəyik".
Qeyd edək ki, hazırda Belarusda təlim-məşq toplanışı keçən U-21 millimiz iyunun 4-də bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Cavad Musayev
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur
Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Kvaratsxeliya: “Niyə məhz mən?”
Azərbaycanın 7 boksçusu mərhələ adladı - Avropa çempionatı
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
"Barselona" UEFA-ya şikayət etdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Mahir Emrelininin yeni baş məşqçisi məlum oldu
Yamal Mbappenin rekordunu təkrarladı
“Sabah”a 2 qol vuran Girassidən açıqlama
Flikdən məğlubiyyət şərhi
Qreqor Kobel "Sabah"la oyuna görə təəssüfləndi
PSJ-də Kvaratsxeliya şoku - 9 ay oynamaya bilər
Nəhənglərin duelindəki 6 qol - Video
"Fənərbaxça" 2 xalı belə itirdi - Video
“Borussiya” başqa səviyyədir, “Slaviya” deyil” - Pokatilov
"Sabah"ın əzmkar oyunu, "Borussiya"nın qələbəsi - Video
Enrike "Barselona" üzərində qələbə haqda
İsmail Kartal: “Məyusuq”
“Sabah”ın qapıçısı Çempionlar Liqasında 2-ci yerə yüksəlib
Türkiyədə hakimlərə tanınmış referi nəzarət edəcək
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi