"Neftçi” iki futbolçu ilə müqaviləni ləğv etdi

"Neftçi” iki futbolçu ilə müqaviləni ləğv etdi
ÖLKƏ FUTBOLU 4 İyun 2025 / 12:12 3840
-  A +

"Neftçi” daha iki futbolçu ilə yolları ayırıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Robert Bauer və Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Klub hər iki iki futbolçuya gələcək karyeralarında uğurlar arzulayıb.

Hər iki futbolçu  "Neftçi"yə 2024-cü ilin yayında keçmişdilər. Bauer klubla 3 illik, Quzzo isə 2 illik müqavilə imzalamışdı.


Qarabağ FK
Son xəbərlər
topaz banner