“Şamaxı”nın yay hazırlıq planı açıqlandı

“Şamaxı”nın yay hazırlıq planı açıqlandı
ÖLKƏ FUTBOLU 4 İyun 2025 / 16:40 1532
-  A +

“Şamaxı”nın yay hazırlıq planı məlum olub.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq.

İlk mərhələ iyulun 5-i Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda olacaq və avqustun 7-nə qədər davam edəcək. 

Komandanın hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırılır.  Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcəyi bildirilib.


Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner